Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-04 12:12:00
 “Firudin bəy Köçərli” mükafatı Qənirə Paşayevaya təqdim edildi -FOTO

 

Milli Məclisin Mədəniyyət Komitəsinin rəhbəri Qənirə Paşayevaya  “Firudin bəy Köçərli” mükafatı təqdim edildi.

 

AzEdu.az xəbər verir ki, komitə sədri Qənirə Paşayeva AzEdu Təhsil Portalı, AzEdu Academy və Azərbaycan Təhsil Jurnalistləri Birliyinin təsis etdiyi bu mükafata “”Müəllimlik ən ali məramdır” tezisinin cəmiyyətdə yüksək səviyyədə təmsilçisi kimi”  nominasiyası üzrə layiq görülüb.

 

Mükafatı AzEdu MMC-nin baş direktoru Elşad Eyvazlı və AzEdu Təhsil Portalının baş redaktoru Elmin Nuri Qənirə xanım Paşayevaya təqdim ediblər.

 

Həmçinin, görüşdə təhsil, onun çağdaş durumu, gələcək perspektiv və cari problemləri müzakirə edilib.

 

AzEdu Təhsil Portalı ilə bərabər “İlin gənc müəllimi” müsabiqəsini həyata keçirən komitənin rəhbəri bundan sonra da tərəflər arasında təhsillə bağlı maraqlı layihələrə imza atacaqlarını bildirib.

 

AzEdu MMc-nin baş direktoru Elşad Eyvazlı təhsil xadimlərinin mənafeyini, müəllim adının nüfuzunu cəmiyyətdə hər zaman yüksək tutacaq fikirlərlə çıxış etməsi, bu istiqamətdə əlindən gələni əsirgəmədiyi üçün Qənirə Paşayevaya təhsil ictimaiyyəti adından təşəkkürünü bildirib.

 

 

Qeyd edək ki, “Firudin bəy Köçərli” mükafatının təsis edilməsinin əsas məqsədi təhsilin inkişafında  xidmətləri olan şəxsləri diqqət mərkəzində saxlamaq, onların fəaliyyət və uğurlarını geniş ictimaiyyətə çatdırmaqdan ibarətdir.

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları