Azedu.az

Kanadada ilin ən yaxşı müəllimi seçilən qarabağlı Yeganə Cəfərova (FOTO)    

Maraqlı

Müəllimlər və elm adamları

AzEdu Tv

17 Fevral 2021, 11:00
Kanadada ilin ən yaxşı müəllimi seçilən qarabağlı Yeganə Cəfərova (FOTO)    

2003-cü ildən Kanadada yaşan Yeganə Cəfərova ilk günlərdə bağça müəllimi köməkçisi işləsə də, sonradan onun əməyi dəyərləndirilib və evində fərdi uşaq bağçası açmağa icazə verilib.

 

AzEdu.az-ın  məlumatına görə, həmyerlimiz 500-ə yaxın kolleci özündə birləşdirən "Ontario Kolleclər Assosiasiyası"nın, eləcə də "Pharma-Medikal Science" kollecinin "İlin ən yaxşı müəllimi" seçdiyi Kanada azərbaycanlısıdır.

 

Yeganə Cəfərova İmişli rayonu Cəfərli kəndində doğulsa da, əslən qarabağlıdır. Həmyerlimiz 2014-cü ildən Kanadanın "Pharma-Medikal Science", 2018-ci ildən isə "Canadore" kolleclərində məktəbəqədər təhsil işçilərinə ümumfənnlər üzrə tədrisin metodikasından mühazirələr oxuyur.

 

Ailəlidir, bir oğlu və qızı var. Oğlu Amin York universitetinin Astro-Fizika fakultəsində oxuyur və Universitetin rəsədxanasında kiçik elmi işçidir. Onun ən böyük arzularından biri Şamaxı rəsədxanasında çalışmaqdır. Qızı Zemfira Toronto universitetində tibb üzrə təhsil alır.

Bu vaxta kimi erməni dövləti olmayıb - Paşinyandan şok etiraf
Son xəbərlərDaha çox