Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-01 11:00:00
İnternat məktəbinin yüksəkballı məzunu: “İmtahanlara özüm hazırlaşmışam”-MÜSAHİBƏ

 

 

 

Bu il ali məktəbə yüksək balla qəbul olanlar arasında internat məktəbini bitirən abituriyentlər də var. Onlardan biri də 11 nömrəli inteqrasiya təlimli internat məktəbinin şagirdi Dadiyev Arzumandır.

 

AzEdu.az onunla olan müsahibəni təqdim edir:

 

Əvvəlcə özünüzü təqdim edin

 

-Mən Dadiyev Arzuman 2004-cü ildə anadan olmuşam. Orta təhsilimi 11 nömrəli inteqrasiya təlimli internat məktəbində başa vurmuşam . 2021-ci ildə Milli Aviasiya Akademiyasının hüquqşünaslıq fakültəsinə daxil oldum. Uşaqlıq illərimdən hüquqşünaslıq ixtisasına marağım var idi. Abituriyent illərimdən bu ixtisası qarşıma məqsəd qoyaraq istəyim üçün əlimdən gələni etmişəm. Hal-hazırda istədiyim fakültədə təhsilimi davam etdirirəm.

 

-İnternat məktəbində sizin üçün hər cür şərait yaradırdılar? Təhsilin səviyyəsi necə idi?

 

-Dərslər yüksək səviyyədə təşkil edilirdi. Müəllimlər bizə dərslərdə xeyli kömək edirdilər. Hətta ehtiyac olduqda əlavə dərslər keçirilirdi. Hər zaman direktorumuz da dərslərimiz ilə maraqlanrdı.

 

-Orada təhsil aldığınız müddətdə sizin üçün xüsusi yeri olan, unutmayacağınız müəlliminiz varmı?

 

-Orada oxuduğum zaman məktəbin direktoru Gülnarə Abdullayeva, direktor müavini Namiq Kərimov, Fəranə müəllimə, sinif rəhbəri Səlimova Şəndə, Dil-ədəbiyyat müəllimim Bağırova Vüsalə, ingilis dili müəllimim Əliyeva Asya, tarix müəllimim Abdurahmanzadə Azər, coğrafiya müəlliməm Yusifova Zümrüd hər zaman mənə dəstək olublar. Göstərdikləri dəstəyə görə hər birinə minnətdarlığımı bildirirəm.

 

-Qəbul imtahanına necə hazırlaşırdınız, əlavə dəstək alırdınızmı?

 

-Qəbul imtahanına özüm hazırlaşmışam, 11 nömrəli məktəbin müəllimləri də hər zaman kömək olublar. Bu illər ərzində hətta əlavə dərslərin keçirilməsini təmin etmişlər. Bu yolda ən çox zəhməti olanlar valideynlərim olublar. Onlar məni hər zaman dəstəkləyiblər. Mən onlara xüsusi təşəkkürümü bildirirəm.

 

-Bakalavr təhsilinizi başa vurduqdan sonra gələcək üçün nə kimi planlarınız var?

 

-Növbəti məqsədim oxuduğum ixtisası yüksək qiymətlərlə başa vurub hüquq-mühafizə orqanlarında çalışmaqdır.

 

Təhsilində uğur qazanmış gənc olaraq sizin kimi abituriyentlərə sözünüz, tövsiyəniz var?

 

-Abituriyentlərə də tövsiyə edirəm ki, istəklərinə nail olmaq üçün qarşılarına məqsəd qoysunlar. Qarşılarına məqsəd qoyuqda istənilən nəticəni əldə edə bilərlər.

Fidan Ali