https://www.zirve.edu.az/ #
2021-10-22 12:42:00
Bütün təhsil müəssisələri distant təhsilə keçəcək?-Rəsmi CAVAB

 

Hazırda ümumtəhsil məktəblərində tədris prosesi müvafiq qaydalara uyğun şəkildə davam etdirilir və yaxın həftələrdə bütün təhsil müəssisələrinin distant tədris formasına keçidi planlaşdırılmır.

 

AzEdu.az xəbər verir ki, bu barədə Təhsil və Səhiyyə nazirliklərinin birgə məlumatında qeyd edilib.

 

Məlumatda bildirilir ki, kütləvi yoxluma olduğu təqdirdə məktəblərin distant təhsilə keçirilməsi davam edəcək:

 

“Ənənəvi tədrisin davamlı olmasını təmin etmək üçün sosial məsafəni gözləmək, sanitar-gigiyena qaydalarına əməl etmək önəmlidir. Növbəti həftələrdə də yoluxma halları baş verdikdə siniflərin, daha kütləvi yoluxma olduğu təqdirdə isə məktəblərin distant təhsilə keçirilməsi prosesi davam etdiriləcək və bu barədə ictimaiyyətə mütəmadi məlumat veriləcək”.