Azedu.az

Serbiyada türk dili tədris olunacaq  

16 Oktyabr 2021, 14:06
Serbiyada türk dili tədris olunacaq  

Yunus Əmrə İnstitutu (YEE) ilə Serbiyanın ən qədim təhsil ocaqlarından biri olan Belqrad Filologiya Liseyi arasında türk dilinin seçmə fənn kimi təhsil proqramına daxil edilməsinə dair əməkdaşlıq protokolu imzalanıb.

 

AzEdu.az xəbər verir ki, əməkdaşlıq protokolu çərçivəsində türk dili, mədəniyyəti, eləcə də müxtəlif sənət növləri üzrə konfranslar, seminarlar, tərcümə mərkəzləri və sərgilər kimi mədəni tədbirlər təşkil ediləcək.

 

Dil kurslarının təşkilində məqsəd türk mədəniyyətini, həmçinin fərqli mədəniyyətləri tanıtmaqdır.

 

Türk dili liseydə 15-ci xarici dil kimi tədris olunacaq və dərslər gələn həftədən başlayacaq.

Xameneiyə ŞOK XƏBƏRDARLIQ - Hazır ol, ö*ldürüləcəksən!
SORĞU
Ən uğurlu regional təhsil idarəsi hansıdır?
Səs ver
Son xəbərlərDaha çox