Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-23 15:01:00
“E-ticarət və tələb etdiyi bilik-bacarıqlar” mövzusunda vebinar təşkil olunub  

Təhsil İnstitutu “E-ticarət və tələb etdiyi bilik-bacarıqlar” mövzusunda vebinar keçirib. Tədbir “İş dünyası və ali təhsildə trendlər” vebinarlar silsiləsi çərçivəsində reallaşıb.

 

İnstitutdan AzEdu.az-a bildirilib ki, tədbirin spikeri “Amazon” şirkətinin Avropa İttifaqı üzrə mərkəzində biznes-analitik vəzifəsində çalışan Yaşar Əhmədov olub. O, təqdimatında öz təhsili və iş təcrübəsi, çalışdığı şirkətin satış və iş prinsipi, data və data elmi, riyazi optimallaşdırma, data+analitika+optimallaşdırma, gələcəyə baxış kimi mövzulardan danışıb.

 

Dünyanın ilk elektron ticarət şirkətlərindən biri olan “Amazon” haqqında məlumat verən spiker satışdan əvvəlki xidmət, satış xərcləri, “dropshipping”, satıcı mərkəzi, məhsulların satışa yerləşdirilməsi və yerlərə çatdırılması, satışa başladıqdan sonrakı proses barədə vebinar iştirakçılarını məlumatlandırıb. Daha sonra data elmi barədə çıxış edən Y.Əhmədov aidiyyəti sahə üzrə peşə növləri, DIKW piramidası, sənaye inqilabı, data elmindəki metodologiyalar, proqramlaşdırma barədə məlumat verib.

 

200-dən çox təhsil idarəçisi, işçi, sənaye sahəsinin nümayəndəsi və tələbənin qatıldığı tədbirdə spiker iştirakçıların suallarını cavablandırıb.