https://www.zirve.edu.az/ #
2021-09-17 13:03:00
UNEC-də yeni tədris ilindən Ömürboyu Təhsil Mərkəzi fəaliyyətə başlayıb

UNEC-də yeni tədris ilindən Ömürboyu Təhsil Mərkəzi fəaliyyətə başlayıb.

 

AzEdu.az xəbər verir ki, Ömürboyu Təhsil Mərkəzində beynəlxalq yay məktəbləri, peşə hazırlığı kursları, sertifikat proqramları, korporativ təhsil, mini ixtisas proqramları, qısa və intensiv kurslar təşkil ediləcək. Eləcə də ümumtəhsil məktəblərinin buraxılış imtahanlarına, bakalavriat, magistratura səviyyəsinə qəbul və əlavə sınaq imtahanlarına, yaradıcılıq müsabiqələrinə, dövlət orqanları tərəfindən həyata keçirilən müxtəlif imtahanlara (MİQ, Dövlət Qulluğu və s.) dinləyicilərin hazırlığı aparılacaq.

 

Mərkəzdə adaptiv tədris metodikası tətbiq olunmaqla, təhsil və hazırlıq proqramları əyani, distant və hibrid formada təşkil ediləcək.

 

Qeyd edək ki, UNEC-in gənc müəllimi Qələndər Məmmədli mərkəzin direktoru vəzifəsinə təyin olunub.