Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-16 18:00:00
Təhsil İnstitutu yeni “nəsil” riyaziyyat dərslik komplekti ilə bağlı vebinar təşkil edib

Təhsil İnstitutu “İbtidai siniflərin I və II sinifləri üçün yeni “nəsil” riyaziyyat dərslik komplekti: innovativ quruluş, məzmun və təlim metodikası” adlı vebinar təşkil edib.

 

AzEdu.az xəbər verir ki,  bunu  Vebinarın moderatoru Tədris resursları şöbəsinin müdiri pedaqogika üzrə fəlsəfə doktoru, dosent Rasim Abdurazaqov bildirib ki, riyaziyyat dərslik komplektinin hazırlanmasında əsas məqsəd yeni məzmun, yanaşma metodikası və müxtəlif həyati situasiya xarakterli ölçü alətləri ilə zənginləşdirilmiş iş dəftərləri vasitəsilə şagirdlərdə riyazi savadlılıq səriştəsinin formalaşdırılmasına nail olmaqdır

.

Yeni “nəsil” I və II siniflər üçün riyaziyyat dərslik komplektinin müəlliflər qrupunun rəhbəri riyaziyyat üzrə fəlsəfə doktoru Zaur İsayev çıxışında beynəlxalq qiymətləndirmədə şagirdlərimizin tapşırıqlara cavablarında nə kimi problemlərin yarandığı, riyaziyyat fənni üzrə məzmun standartlarının müqayisəsi zamanı hansı fərqlərin aşkar edildiyi barədə danışıb. O, həmçinin riyaziyyat fənni üzrə dərslik konsepsiyasında dərsliyin quruluş və məzmununda hansı fərqli elmi-metodik həyati situasiya yanaşmalarının olduğunu qeyd edib.

 

Dərslik komplektinin həmmüəllifi, Bakı şəhəri Zəngi liseyinin ibtidai sinif müəllimi İlahə Rüstəmova isə həm müəllif, həm də təcrübəli müəllim kimi bu dərslik əsasında təlimin təşkilində hansı çətinliklərin yarandığı və onları aradan qaldırmaq üçün müəllimlərə nə kimi tövsiyələr edildiyi barədə danışıb. O, şagirdlərin dərslikdə verilən həyati məzmunlu məsələlərin həllində aktivlik göstərdiyini deyib.

 

Qeyd edək ki, Təhsil İnstitutu hazırlanmış dərslik komplektinin respublika üzrə 270-dən çox sinfində iki il pilot sınağını təşkil edib.