Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-30 11:49:00
Gənc müəllimdən valideynlərə  vaksinasiya çağırışı – “Bir şagirdə görə  dərslər dayandırıla bilər”

 

 

 

Azedu.az Abşeron rayonu, Məmmədli tam orta məibtidai sinif müəllimi Ülviyyə Abdulovanın müraciət xarakterli yazısını təqdim edir:

 

Dünyanı öz cənginə almış COVID-19 pandemiyası əfsuslar olsun ki, bizim ölkədən də yan keçməyib. Həyatın bütün sahələrinə təsir edən və insanlığı ciddi təhdid edən pandemiya ilə mübarizəyə Azərbaycan da qoşularaq – müstəsna nailiyyətlər əldə edib. Bütün bunlara baxmayraq mövsümü və qonşu ölkələrdə artan yoluxmaların təsiri ilə pandemiya dalğalarının simptomları hələ də ölkə ərazisində müşahidə olunmaqdadır.

 

Dövlət səviyyəsində çevik qaydaların tətbiq edilməsi, qapalı məkanlarda tibbi maskaların taxılması ilə yanaşı, Azərbaycanda yoluxmaların qarşısının alınması üçün peyvəndlərin vurulması prosesi də  davam etməkdədir. Vaksinasiyada başlıca məqsəd yoluxma zəncirinin qırılması, vətəndaşlarımızın həyat və sağlamlıqlarının qorunması üçün qabaqlayıcı zəruri tibbi addımların atılmasıdır.

 

Bildiyimiz kimi, pandemiyanın ilk dövrlərində ölkə boyu ümumtəhsil ocaqlarında dərslərin distant (online) qaydada davam edməsi məcburiyyəti ilə üz-üzə qalmalı olmuşduq. Daha sonra dövlət tərəfindən atılan vacib tədbirlər planlarından sonra Azərbaycanda təhsilin ənənəvi qaydasını geri qaytarmaq mümkün olmuşdur. Qarşıdan gələn yeni post-pandemiya dərs ilinin davamlı və əyani olması naminə məktəblilərin valideynlərinin vaksinasiya olunmaları səhiyyəmiz tərəfindən tövsiyyə olunmaqdadır. Aparılan  beynəlxalq müşahidələrdən əminliklə qeyd etmək olar ki, digər ölkələrdə də analoji çağırış tövsiyyələri olunmaqdadır.

 

Fürsətdən istifadə edərək hörmətli valideynlərə bir müəllim kimi- şagirdlərin dərslərindən və həmyaşıd kollektivlərindən ayrı düşməməsini nəzərə almalarını xahiş etmək istərdim. Belə ki, peyvənd olunmayan ailələrdən gələn uşaqların digər həmyaşıdlarını və habelə məllim heyətini yoluxdurma halları baş verərsə- bu ümumilikdə həmin məktəbdə ümumi əyani təhsilin uzunmüddəli dayandırılması ilə nəticələnə bilər. Belə olan təqdirdə zamanında vaksinlə qarşısı alınmamış bir “yoluxma zəncir halqasının” ucbatından onlarla, hətta yüzlərlə ailələr kovid virusuna yoluxa və daha da faciəvi nəticələr baş verə biləcəyini vurğulamaq istərdim.

 

Hörmətli valideynlər! Sizləri Azərbaycan müəllimləri ilə birlikdə həmrəy olmağa- gələcək nəsillərimizin həyat və sağlamlıqlarını qoruyaraq onların bilikli, bacarıqlı, çağdaş dünyəvi vətəndaş olmalarına yardımcı olmağa səsləyirik. Əminik ki, bütün bunları diqqətə alaraq, ölkəmizin kovidlə mübarizədə qalib çıxmasında Sizlərin də əvəzsiz payı olacaqdır.