Azedu.az

Xaricdə doktorantura təhsilinə sənəd qəbul davam edir  

Doktorantura

Təhsil Nazirliyi

9 Avqust 2021, 16:52
Xaricdə doktorantura təhsilinə sənəd qəbul davam edir  

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində 2021-ci ilin payız semestri üçün xaricdə doktorantura təhsilinə sənəd qəbulu avqustun 15-i saat 23:59-dək davam edəcək.

 

AzEdu.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, sənəd qəbulunda nüfuzlu xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsil almaq istəyən və ya təhsil alan Azərbaycan Respublikası vətəndaşları iştirak edə bilərlər.

 

Proqram prioritet ixtisas istiqamətləri üzrə doktoranturaya qəbul olmağa hazırlaşan və hazırda müvafiq sahələr üzrə doktorantura səviyyəsində təhsil alan namizədlər üçün nəzərdə tutulub. Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən həyata keçirilir.

SON DƏQİQƏ! Rusiyada dəhşətli atışma - Yaralılar var
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox