Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-06 11:00:00
İxtisaslar üzrə keçid balları necə formalaşır?-DƏQİQ CAVAB

 

 

Keçid balı ixtisas seçimi nəticəsində hər hansı ixtisas üzrə formalaşan və müvafiq ixtisasa ən aşağı balla qəbul olan abituriyentin balına bərabər olan göstəricidir. Keçid balı müəyyən bir ixtisas üzrə müsabiqədə iştirak edən abituriyentlərin sayı, həmin ixtisas üzrə plan yerləri və abituriyentlərin imtahan nəticələrindən asılı olaraq formalaşır.

 

Keçid balları DİM tərəfindən müəyyən edilmir:

 

AzEdu.az DİM-ə istinadən xəbər verir ki, yalnız ixtisas seçimi bitdikdən sonra məlum olur ki, bu il hansı ixtisas üzrə keçid balı nə qədərdir.

 

Keçid balının formalaşmasına 3 əsas amil – abituriyentlərin sayı, imtahan nəticəsi və plan yerlərinin sayı təsir edir. Ona görə də keçid balları hər il dəyişərək fərqli olur.

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları