Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-04 14:50:00
 “Təhsil və zaman” qəzetinin yeni nömrəsi çap olunub – 4 ildən sonra

 

 

Respublika Təhsil Şurasının orqanı “Təhsil və zaman” qəzeti 4 illik fasilədən sonra yenidən fəaliyyətə başlayıb. Qəzet sosial, psixoloji, pedaqoji mövzuda yazılarla oxucuların görüşünə gəlib.

 

Qəzetdə təhsil tariximizi, eləcə də təhsilimizin müasir problemlərini əks etdirən yazılara, məktəbəqədər, orta təhsil, peşə təhsili sahəsi ilə bağlı araşdırma materallarına, eləcə də 44 günlük Vətən müharibəsində igidliklə döyüşüb şəhid olmuş Əmrah Əkbərovun həyat yoluna həsr olunmuş yazıya yer verilib.

 

 

Qəzetdə təhsil və pedaqoji fikir tariximizin inkişafına töhfə vermiş görkəmli pedaqoqlarımızın gənc nəslə tanıdılması məqsədi daşıyan yazılar da unudulmayıb. Pedaqoji elmlər doktoru, professor Fərrux Rüstəmovun, pedaqoji elmlər doktoru Kamal Camalovun, Əməkdar müəllim Zaman Məmmədovun yazıları bu qəbildəndir.

 

Respublika Təhsil Şurasının “Analitik Təhlil və Tədqiqat Mərkəzi”nin məktəbəhazırlıq qrupları ilə bağlı apardığı araşdırmanın nəticələri də qəzetin bu sayında yer alıb. Təhsil Şurasının təşkilati dəstəyi ilə ərsəyə gətirilmiş “Başlamadan son olmayaq” sosial, psixoloji və pedaqoji filmin təqdimatından, eləcə də Şuranın təşkilatçılığı ilə təhsil jurnalistikasının problemlərinin müzakirəsinə həsr olunmuş “Dəyirmi masa”dan hazırlanmış reportaj bu sahədəki problemlərin qabardılması, onların müzakirə müstəvisinə çıxarılması baxımından diqqəti cəlb edir. Qəzetdə Respublikamızın rayonlarında və Bakı şəhərində Təhsil Şurasının filiallarının yaradılmasından bəhs edən yazılar da genişliyi ilə işıqlandırılıb. Bu yazılarda Təhsil Şurasının 21 illik fəaliyyətinə toxunulub, Şuranın missiyası, məqsəd və məramı açıqlanıb.