Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-26 15:44:00
Həftəsonu ictimai nəqliyyatın fəaliyyətinin bərpa edilməməsinin səbəbi açıqlanıb

Həftəsonu ictimai nəqliyyatın fəaliyyət göstərməsi ilə bağlı məsələ hazırda müzakirə olunmur.

 

AzEdu.az xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov jurnalistlərə açıqlamasında deyib.

 

Şöbə müdiri bildirib ki, ölkədə peyvənd vurduranların sayı hələ kifayət qədər deyil : “Şənbə və bazar günlərində ictimai nəqliyyatın işləməməsi səbəbindən yoluxma sürəti aşağı düşür. Belə olanda da biz yoluxma sürətinə nəzarət edə bilirik”.