Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-16 10:12:00
Biləsuvar RTŞ rəhbəri bu şagirdləri fərqlənmə attestatları ilə təltif etdi-FOTO
Azərbaycan Respublikası təhsil nazirinin 08.06.2017-ci il tarixli 129 nömrəli əmri əsasında təsdiq edilmiş “Ümumi orta təhsil haqqında və tam orta təhsil haqqında fərqlənmə attestatlarının verilməsi” Qaydalarının müvafiq bəndlərinə uyğun olaraq Biləsuvar rayonu üzrə :
2.1. ümumi orta və ya tam orta təhsil səviyyəsində oxuduğu müddətdə nümunəvi davranışı ilə fərqlənməsi
2.2. bütün fənlərdən attestata yazılan illik (yekun) qiymətlərinin 5 (beş) olması; 2.3. ümumi orta təhsil səviyyəsində buraxılış imtahanlarında hər bir fənn üzrə ən azı 75 (yetmiş beş) bal toplaması
2.4. tam orta təhsil səviyyəsində buraxılış imtahanlarında hər bir fənn üzrə 5 (beş) qiymət almasına (ən azı 75 (yetmiş beş bal toplamasına) görə fərqlənən aşağıda adıçəkilən şagirdlər haqqında sinif rəhbərləri tərəfindən verilən təqdimatlara Qaydaların 3-cü bəndində olduğu kimi müvafiq məktəblərin pedaqoji şurasında baxılmış və qərar qəbul edilərək məktəb direktorunun təqdimatına əsasən Rayon Təhsil Şöbəsinə müraciət edilmişdir.
 
 
Təqdimatlarda adları qeyd edilmiş şagirdlərə fərqlənmə attestatlarının verilməsi Rayon Təhsil Şöbəsi tərəfindən müəqsədəmüvafiq hesab edilmişdir.
 
 
14.07.2021-ci il tarixdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı cənab Faiq Qürbətov və Biləsuvar Rayon Təhsil Şöbəsinin müdiri Aqşin Bağırovun iştirakı ilə şagirdlərə fərqlənmə attestatları təqdim edildi.
Tədbirdə şagirdlərin bu nailiyyətlərinin yüksək qiymətləndirildiyi və daha çox uğurlara zəmin yaradacağı barədə söhbət edildi. Bununla yanaşı şagirdlər cənab başçıya və təhsil şöbəsinin müdirinə onlara göstərilən diqqətə görə minnətdarlıqlarını bildirdilər.
Ümumitəhsil haqqında fərqlənmə attestatlarına uyğun bilinən 11 şagird
(9 illik) :
 
 
 
1. N.Gəncəvi adına Biləsuvar şəhər 1 saylı tam orta məktəb
Seyfullayeva Sarıgül Vüqar qızı
2. Ə.Eynullayev adına Şəhər 4 saylı tam orta məktəb :
Babazadə Əflan Əfqan oğlu
Əlizadə Jalə Tofiq qızı
Qurbanov Əli Qurban oğlu
Səlimzadə Leyla Eldəniz qızı
3. D.Dadaşov adına Zəhmətabad kənd ümumi orta məktəb
Şabızadə Aynur Əlifağa qızı
4. Əsgərabad kənd tam orta məktəb
Rzayev Xəyal Faiq oğlu
5. Aranlı kənd ümumi orta məktəb
Əlizadə Aytən Taleh qızı
6. O.Babayev adına Aşağı Cürəli kənd tam orta məktəb
Əhədova Aysun Əlyar qızı
Bağırov Həmzə Qabil oğlu
7. C.Məhərrəmov adına Xırmandalı kənd 1 saylı tam orta məktəb
Əlizadə Vasif Vaqif oğlu
Tam orta təhsil haqqında fərqlənmə attestatlarına uyğun bilinən 6 şagird (11 illik):
1. N.Nərimanov adına Biləsuvar şəhər 6 saylı tam orta məktəb
Quluzadə Toğrul Fədai oğlu
2. X.Qafarov adına İsmətli kənd tam orta məktəb
İsmili İdrak Səməd oğlu
3. N.Sultanov adına Dərvişli kənd tam orta məktəb
Quliyeva Aytac Elman qızı
4. V.Rüstəmov adına Ağayrı kənd tam orta məktəb
Qurbanzadə Turanə Niyaməddin qızı
5. Ə.Rəhmətov adına Zəhmətabad kənd tam orta məktəb
Həsənli Aytən Ələddin qızı
Dadaşzadə Jalə Elşad qızı