Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-14 12:00:00
Müəllim namizəd sualları imtahan zalından çıxarmağa cəhd göstərdi-  CƏZALANACAQ - RƏSMİ

 

Gəncə şəhər 16 nömrəli tam orta məktəbdə iyul ayının 13-də saat 09:00 seansında riyaziyyat fənni üzrə keçirilən müəllimlərin işə qəbulu imtahanında namizədlərdən birinin sualları imtahan zalından çıxarmağa cəhd göstərdiyi müəyyən olunub.

 

AzEdu.az İnsan Resursları Mərkəzinə istinadən xəbər verir ki, aparılan videomüşahidə nəticəsində namizədin Göygöl rayonu Qırıxlı kənd tam orta məktəbin riyaziyyat müəllimi Gülnar İmranova olduğu müəyyənləşdirilmiş, imtahan nəticəsi ləğv olunmuşdur və barəsində müvafiq cəza tədbiri görüləcəkdir. 

 

Eyni zamanda imtahan rəhbəri Gəncə şəhər 37 nömrəli tam orta məktəbin direktoru Nail İmranov və məsul nəzarətçi şəxs imtahan mərkəzindən kənarlaşdırılmışdır və barələrində müvafiq cəza tədbirləri görüləcəkdir.

 

Nəzərinizə çatdırırıq ki, müsabiqənin keçirildiyi dövr ərzində hər il test imtahanı mərhələsində imtahan seansları üzrə yeni sual setləri təqdim olunur və seanslar arası imtahan setlərində tapşırıqlar məzmun etibarilə bir-birindən tamamilə fərqlənir.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları