Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-22 15:00:00
Emin Əmrullayev:"Müəllimlik rəqabətli peşə  sahəsinə çevrilib"

Bu  il  müəllimlərin  işə  qəbulu  müsaqbiqəsi  üçün  60  minə  yaxın  namizəd  müraciət  edib. Nəzərə  alsaq  ki, Azərbaycan  təhsil  sistemində  hazırda  150  min  müəllim  fəaliyyət  göstərir, bu  olduqca  böyük  rəqəmdir”.

 

AzEdu.az xəbər  verir  ki, bunu  Təhsil  naziri  Emin  Əmrullayev  AzTV-də  yayımlanan  “Hədəf”  verilişində  deyib.

 

O, müsabiqədə  vakant  yerlər  və  rəqabətliliyin  yüksək  olmasından  daqnışıb:

 

Eyni  zamanda  Təhsil  Nazirliyi  üçün  bu  yaxşı  xəbərdir, müəllim  peşəsinin  nə  qədər  rəqabətli  olduğunu  görürük. Təxmini  8-9  min  vakant  yer  üçün  60  min  müəllim  namizəd  var. Təxminən  7-8  il  əvvəl  eyni  sayda  vakant  yerə  18  min  namizəd  arasından  seçim  edirdik, indi  bu  rəqəm  daha  böyükdür. Müəllimlik  kifayət   qədər  rəqabətli  bir  peşə  sahəsinə  çevrilib, təbii ki, rəqabət  olan  yerdə  inkişaf  olur. Eyni  zamanda  bu  həmin  müəllimlərin  işə  qəbul  imtahanlarına  olan  inamı  göstərir. Çünki  60  min  nəfər imtahanlarda  iştirak  edirsə, bu  imtahanların  şəffaf  və  ədalətli  keçirilməsi  olduqca  vacibdir. Ola  bilir  ki, bəzi  namizədlər  yüksək  bal  toplayır  və  ancaq  Bakı  şəhərində  işləmək  istəyirlər,bu  zaman  Bakı  şəhərində  rəqabət  daha  yüksəkdir. Amma  bizim  istəyimiz  ondan  ibarətdir  ki,  Azərbaycanın  hər  bir  məktəbində  yüksək  keyfiyyətli  müəllimlərin  olmasını  təmin  edək”.

 

Nazir, imtahanların  təşkilində  bu  il  çox  da  dəyişiklik  edilmədiyini  bildirib:

 

Bu  imtahanların  məzmununu, seçim  kriteriyalarını  daha  çox  gələcəyin, məktəb  mühitinin  reallıqlarına , şagirdlə  yönəlik   istiqamətləndirməyə  çalışırıq. Bu  koronavirus  pandemiyasını  nəzərə  alaraq  yeniliklərə  çox  da  meyil  olunmadı, çox  dəyişiklik  etmədik. Keçən il olduğu  kimi  bu  ildə  imtahanlar  Bakı  şəhəri  ilə  yanaşı  Azərbaycanın  müxtəlif  bölgələrində   də  təşkil  olunacaq. Düşünürəm  ki, ildən-ilə  bizim  imtahanlar  daha  da  təkmilləşir, sualların  məzmunu, əhatəliliyi  artır”.