Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-16 12:36:00
Paytaxt üzrə 308 məktəbdə yay məktəbi təşkil olunub  

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 308 ümumi təhsil müəssisəsində yay məktəbinə start verilib.

BŞTİ-dən bildirilib ki, ümumi təhsil müəssisələrində təşkil olunan yay məktəblərində iştirak etmək istəyən şagirdlər iyunun 16-dan 30-dək məktəblərdəki mövcud imkanlardan yararlana biləcəklər.

Qeyd edək ki, yay məktəbində ümumi təhsil müəssisələrinin I-X sinif şagirdləri ödənişsiz və könüllü əsaslarla iştirak edirlər. I-IV siniflərdə tədris həftədə 5 dəfə gündəlik 4 saat olmaqla, V-X siniflərdə isə həftədə 5 dəfə gündəlik 3-4 saat olmaqla təşkil olunur. I-IV siniflərdə məşğələlər tədris dili, riyaziyyat, xarici dil fənləri üzrə keçirilir. V-X siniflərdə məşğələlər tədris dili, riyaziyyat, xarici dil fənləri və ümumi təhsil müəssisəsinin rəhbərliyinin qərarı ilə digər 3 fənnə verilir.

Yay məktəbi şagirdlərin zəruri bilik və bacarıqlarının möhkəmləndirilməsi, öyrənilənlərin ümumiləşdirilməsi məqsədilə təşkil edilib.