https://www.zirve.edu.az/ http://unec.edu.az/unec-de-4-ilde-iki-diplom-udid-proqrami/
2021-06-03 15:48:00
Türkiyədə ənənəvi təhsil sentyabrdan tam fəaliyyətə keçə bilər

"Məktəbləri sentyabr ayında açmaq istəyirik. Biz açılmasının tərəfdarıyıq, lakin risk gördüyümüzdə də təkrar bağlaya bilərik. Müəllimlərimizi və uşaqlarımızı risk altında qoysaq bunun adı təhsil olmaz".

Bu fikirləri Türkiyənin milli təhsil naziri Ziya Selçuk ifadə edib.

Qardaş ölkədə indiyədək təxminən 813 min müəllimin peyvəndləndiyini deyən nazir iyun ayının sonuna qədər digər təhsil işçilərinə də vaksin vurulacağını bildirib.

Z.Selçuk Türkiyədəki bütün uşaqların Milli Dəstək Proqramı (UDEP) çərçivəsində dəstəkləndiyini və bu dəstəyin önümüzdəki 1,5 ildə daha da yayılacağını qeyd edib.

 

AZƏRTAC