https://www.zirve.edu.az/ #
2021-05-16 09:12:00
Birinci sinfə qəbul bərpa EDİLDİ  

Bu gündən birinci sinfə şagird qəbulu üzrə www.mektebeqebul.edu.az portalı fəaliyyətini bərpa edib.

 

AzEdu.az  xəbər verir ki, Ramazan bayramı tətili ilə əlaqədar mayın 8-dən portala giriş müvəqqəti dayandırılmışdı.

 

Qeyd edək ki, aprelin 27-dən 2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilib.

 

Dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı məktəbəhazırlıq qruplarına cəlb olunan və cəlb olunmayan uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının yoxlanılması məqsədilə təşkil olunan müsahibəyə yazılmaq üçün qeydiyyat prosesi də davam edir. Müsahibəyə yazılma mərhələsinin iyunun 8-i saat 11:00-da yekunlaşması nəzərdə tutulur. Müsahibələrin isə mayın 4-dən iyunun 14-dək təşkili planlaşdırılır.

 

Birinci sinfə qəbulla bağlı elektron qeydiyyat prosesi sentyabrın 14-də başa çatacaq.