Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-07 11:01:00
Buraxılış imtahanlarının rekordçusu: “ Yalnız xaricdə oxuyacağam”

 

 

“Buraxılış imtahanında maksumum balı(300) toplayacağımı gözləmirdim. İnanırdım ki, 280 və 290 bal olar. Pandemiya dönəmində canlı-onlayn(verilən qərarlara uyğun) hazırlıqlara qatıldım, sadəcə ingilis dili fənnindən imtahana 1 ay qalmış məşğələ prosesinə başladım”.

 

Bunu AzEdu.az-a açıqlamasında buraxılış imtahanlarından maksimal nəticə göstərən (300 bal) yeganə şəxs, Sumqaytı məktəblisi  Məsimov Ruslan bildirib.

 

Bu ilin Respublika rekorduna imza atan Ruslan imtahanda daha çox bu fəndən çətinlik çəkdiyini bildirir:

 

“İmtahanda daha çox vaxtımı sərf etdiyim fənn Azərbaycan dili oldu. Bu fənnin testləri asan, mətnləri nisbətən çətin gəldi.

 

İkinci mərhələ üçün hazırlığım intensiv olmayacaq, çünki xarici universitetlərdən birində təhsil almağı düşünürəm. Sənədlərimi 3 ölkəyə-Türkiyə, Çexiya və Koreyaya göndərmişəm. Hansından müsbət cavab gəlsə, orada təhsilimi davam etdirəcəyəm”.

 

R. Məsimov sonda öz həmyaşıdlarına tövsiyəsini də unutmayıb: 

 

"İmtahana hazırlaşan abituriyentlərə məsləhətim budur ki, məktəb vaxtından hədəflərini bilsinlər və fənnlərə yaxşı hazırlaşsınlar. Baza olduqdan sonra hazırlıqda çox da yorulmursan. Əlavə stressə gərək yoxdur, sadəcə verilən mövzunu öyrənib, tapşırıqları məsuliyyətlə yerinə yetirsələr kifayətdir. Müəllimin izahlarını diqqətlə dinləmək lazımdır".

 

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları