Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-06 18:37:00
376 nəfər imtahana gəlmədi, 7 nəfərin nəticəsi ləğv edildi – DİM AÇIQLADI

 

Bu  imtahanlarda  iştirakı  nəzərdə  tutulan  26491  nəfərdən  376  nəfər imtahana  gəlməyib.

 

DİM-dən AzEdu.az-a verilən məlumata  görə, tələb olunan  imtahan  qaydalarını  pozduğu  üçün  7 nəfərin  nəticəsi  ləğv  olunub.

 

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən bütün istiqamətlər üzrə nəticələr elan olunduqdan sonra onlayn ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) apelyasiya prosesi təşkil ediləcək. Apelyasiya komissiyasına müraciət etməmişdən əvvəl şagirdlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış olmalıdırlar.

 

Qeyd edilib ki, 22-23 aprel 2021-ci il tarixlərində keçirilmiş buraxılış imtahanlarının nəticələrinin bayramdan sonrakı həftə ərzində elan olunması nəzərdə tutulur.