Azedu.az

Bağçalarda 2 milyonluq yeyinti ilə bağlı rəsmi CAVAB  

Məktəbəqədər təhsil

16 Aprel 2021, 17:05
Bağçalarda 2 milyonluq yeyinti ilə bağlı rəsmi CAVAB  

“Son günlər bir sıra Kütləvi İnformasiya Vasitələrində uşaq bağçalarında 2 milyonluq yeyinti haqqında qərəzli məqalələr yer almaqdadır. Bununla əlaqədar bildiririk ki, söhbət 8 ay bundan əvvəl Hesablama Palatası tərəfindən aparılmış auditin nəticələrindən gedir”.

 

AzEdu.az xəbər verir ki, bu barədə Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri İdarəsindən bildirilib.

 

Qeyd olunub ki, Hesablama Palatasının audit hesabatında söhbət yeyintidən və ya mənimsənilmə faktından deyil, görülən işlərin mal-material uçotunda düzgün əks etdirilməməsindən gedir:

 

“Belə ki, Hesablama Palatasının hesabatında da qeyd edildiyi kimi söhbət qeyd edilən ərzaq və geyimlərin  alınmaması faktından deyil, menyuda nəzərdə tutulandan fərqli ərzaq növlərinin (sümüksüz mal əti və s.), həmçinin  müəssisə daxili uniformaların alışından gedir. Bu məsələləri 2 milyonluq yeyinti kimi təqdim etmək görünür kiməsə lazımdır. Aktda qeyd olunan digər məsələlərlə bağlı təsdiqini tapmış bəzi məbləğlərin icraçı şirkətlər tərəfindən dövlət büdcəsinə bərpası tam təmin edilib. Bəzi mətbuat orqanlarında məlumatların yoxlanılmadan tirajlanması əvəzinə dəqiqləşdirilərək verilməsi fikrimizcə peşəkarlıq baxımından daha məqsədəuyğun olardı”.(Modern.az)

Rusiyadan Azərbaycana axın - 400 min nəfər ... - Nə baş verir?
SORĞU
Yeni tədris ilinin başlanğıcında üzləşdiyiniz ən ciddi problem hansıdır?
Səs ver
Son xəbərlərDaha çox