Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-10 10:45:00
İmtahana bir gün qalmış bunları etmək lazımdır-VACİB məlumat

Aprelin 15 və 16-sı 11-ci siniflər üçün buraxılış imtahanları keçiriləcək. İmtahana bir gün qalmış abituriyentlər necə davranmalıdır? Hansı qaydalara uyğunlaşmaq lazımdır? Və s. AzEdu.az türk mediasına əsasən, həmin qaydaları təqdim edir:

 

Öncədən imtahan verəcəyiniz ərazini dəqiq müəyyənləşdirin, hətta imkan tapsanız bir gün öncədən həmin yerə gedin bina ilə tanış olun. Bir gün əvvəl imtahan üçün zəruri olan bütün sənədləri bir faylda toplayın. Psixoloqlar məsləhət edir ki, imtahanda sadəcə su və bir neçə həftə öncədən istifadə etdiyiniz qələmlər (hər ehtimala qarşı 2-ni götürün) yanınızda olsun. İmtahan üçün təzə paltarlarınızı seçməyin, əksinə çoxdan geyindiyiniz sizə uğurlu gəldiyini düşündüyünüz əlbisənizi geyinin ki, içində rahat hiss edəsiniz. Bir gün öncə saat 11-dən gec olmayaraq yatın.

 

Səhər oyandıqda biraz idman edin, yemək yeyin ki, beyniniz aclıqla mübarizə aparmasın.

 

QEYD: İmtahana su aparırsınızsa, masanın üzərinə qoymayın, dağılıb sənədlərinizi korlaya bilər. Həmçinin su çox içməməkdə fayda var.

 

Sakitləşdirici vasitələr içib həyəcana qarşı gəlmək istəyirsinizsə, bu sizə əks göstəriş verə bilər. İmtahanda yuxulayıb sualları səhv cavablandıra bilərsiniz.

 

İmtahanda ən yaxşı bildiyiniz fənndən başlayın. Nizam-intizam qaydalarına əməl edin, öz kitabçanıza diqqət edin, suallarınızı həll etdikdən sonra diqqətlə TƏLƏSMƏDƏN cavab kartına köçürün. Unutmayın ki, əksər abituriyentlər cavabları yanlış köçürdüklərindən təəssüflənirlər. İmtahan heçnəyin sonu deyil, uğurlu nəticə toplamadığınız halda gələcək il üçün daha yaxşı hazırlaşa biləcəyinizi və heç nəyin sizin həyatınızdan daha üstün olmadığını bilin!

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları