https://www.zirve.edu.az/
2021-04-06 12:44:00
Ali  təhsil almayanlara ikinci dərəcəli vətandaş kimi baxılır – Cənubi Koreya SİSTEMİ

 

İstər  təhsil, istərsə  də  bir  çox  mövzularda  hazırda  Cənubi  Koreya  insanları  maraqlandıran  əsas  ölkələrdəndir.

 

Bu  ölkə  digər  sahələrlə  yanaşı, təhsildə  qazandığı  uğurlarla  da  dünyanın  diqqətini  daim  özündə  saxlamağı  bacarır.

 

AzEdu.az   Cənubi  Koreya  təhsil  sistemini  təqdim  edir.

 

Böyük  naliyyətlərə  sahib  tələbə  və  şagirdlər  yetişdirən  Cənubi  Koreya  təhsil  sistemi  olduqca  çətindir. Şagirdlər  gündə  12-16  saat  dərslə  məşğul  olur. Məktəbdən  sonra  gedilən  hagwon  adlandırılan  fərdi  hazırlıqlarla  birdlikdə  demək  olar  ki, bütün  günlərini  tamamilə  dərslərə  ayırırlar. Cənubi  Koreya  təhsil  sistemi  test nəticələrini  əsas  götürür  və  məqsədyönlüdür.Bu  səbəblə  şagirdlər  diqqətlərini  nə  öyrəndiklərinə  deyil, daha  çox  nəticəyə  cəmləşdirirlər. Ölkədə  universitet  diplomu  olmayan  şəxslərə  daha  çox  yad, ikinci  dərəcəli  vətədaş  kimi  davranırlar.

 

Bu  ölkədə  uşaqlara  ibtidai  təhsilə  başlamadan  öncə  mütləq  müxtəlif  peyvəndlər  vurulmalıdır

 

Cənubi  Koreyada  məktəbəqədər  təhsilin  məcburi  olmamasına  baxmayaraq  uşaqların  95%-i  bağçaya  göndərilir. Ölkəəd  çox  sayda  dövlət  bağçalarının  mövcud  olmasına  baxmayaraq  son  10  ildə  özəl  bağçaların  sayı  sürətlə  artıb. Bununla  yanaşı  ölkədə  3-5  yaş  arası  uşaqlar  üçün  yarım  gün  müddətində  ödənişsiz  təhsil  verən  bağçalar  da  var. 6  yaşına  çatan  hər  bir  Cənubi  Koreyalı  şagirdin  ibtidai  təhsilə  başlaması  məcburidir. Bu  zaman  valideynə  övladının  hansı  məktəbə  getməsi  ilə  bağlı  məktub  göndərilir. Valideyn  əgər  övladının  evdə  təhsil  almasını  yaxud  özəl  məktəbə  getməsini  istəyirsə  bu  məsələ  ilə  bağlı  məsul  şəxslərə  ərizə  göndərməlidir. Eyni  zamanda ibtidai  təhsilə  başlamadan  öncə  mütləq  şagirdlərə  şəkildə  bir  neçə  peyvənd  vurulmalıdır.

 

Cənubi  Koreyada  ibtidai  təhsil  6  il  davam  edir

 

İbtidai  təhsil  dövlət  tərəfindən  ödənişsiz  şəkildə  verilir  və  6 il  davam  edir. İbtidai  təhsilin  ilk  iki  ilində  şagirdlərə  Koreya  dili, riyaziyyat  və  həyat  bilgisi  kimi  fənlər  tədris  edilir. Üçüncü  sinifdən  etibarən  isə  həftədə  bir  və  ya  iki  saat  ingilis  dili, elmi  məlumatlar, sosial  məlumatlar, əxlaq  normaları  və  musiqi  kimi  fənlər  keçirilir.

Aşağı  qiymət  almaq  şagirdlərdə  depressiyaya   səbəb  olur

 

Cənubi  Koreya  təhsil  sistemində  şagirdlər  ümumi-orta  təhsilə  12  yaşında  başlayır  və  15  yaşında  bitirirlər. Ümumi-orta  təhsil  səviyyəsi  ödənişsiz  və  məcburidir. Bu  mərhələdəki  tədris  planı  riyaziyyat, Koreya  dili, İngilis  dili, sosial  məlumatlar, elm, incəsənət  və  bədən  tərbiyəsi  kimi  fənlərdən  ibarətdir. Eyni  zamanda  ibtidai  təhsildə  olduğu  kimi  bu  səviyyədə  də  əxlaq  normaları  keçilir.Ümumi – orta  təhsil  səviyyəsində  şagirdlərin  üzərindəki  məsuliyyət  artır  və  aşağı  qiymət  almaq  onlarda  depressiyaya  səbəb  olur.

 

Tam  orta  təhsil  səviyyəsində  şagirdlər  təhsilini  hansı  istiqamətdə  davam  etdirəcəklərini  özləri  seçir

 

Ölkədə  tam  orta  təhsil  səviyyəsi  15-18  aralığını  əhatə  edir. Bu  səviyyədə  şagirdlərin  təhsil  alması  məcburi  olmasa  da, təhsil  ödənişlidir. Cənubi  Koreya  təhsil  sistemində  şagirdlər  üçün  bir  neçə  fərqli  təklif təqdim  edilir. Məsələn, şagirdlər  xarici  dil, incəsənət  və  ya  musiqi  fənləri  ilə  bağlı  daha  ixtisaslaşmış  bir  məktəbdə  təhsil  almağı  seçə  bilərlər. Ancaq  burada  çox  ciddi  rəqabətlə  qarşılaşacaqlar  və  məktəbə  yazılmaq  üçün  imtahan  verməlidirlər. Bununla  yanaşı  şagirdlər  məsafənin  ev  ünvanına  uyğun  olaraq  tənzimləndiyi  ümumi  bir  məktəbə  də  gedə  bilərlər. Əlavə  olaraq  ixtisasyönümlü  təhsil  verən  ixtisaslaşmış  peşə  təhsili  müəssisələri  də  müxtəlif  sektorlara  peşəkar  işçi  yetişdirmək  üçün  xidmət  göstərir.

Azərbaycan  və  digər  ölkələrdən  fərqli  olaraq  burada  şagirdlər  məktəbdən  məzun  olmaq  üçün  imtahan  vermirlər

 

Cənubi  Koreya  təhsil  sistemində  şagirdlər  məktəbdən  məzun  olmaq  üçün  hər  hansı  bir  imtahan  vermirlər. Ancaq  universitetə  qəbul  olmaq  istəyən  şagirdlər  son  dərəcə  çətin  bir imtahan  olan  College  Scholastic  Ability  Test(CSAT) imtahanı  verməldirilər. Şagirdlərin  əksəriyyəti  bu  imtahanda  yaxşı  nəticə  əldə  etmək  üçün  ciddi  şəkildə  fərdi  hazırlıqla  məşğul  olur. 2013-cü  ildə  qəbul  edilən  qanuna  əsasən, peşə  təhsil  müəssisələrini  bitirənləri  universitetə  yönəltmək  və  qəbulunu  asanlaşdırmaq  məqsədi  ilə  bu  imtahanda  iştirakın  könüllü  olmasına  qərar  verildi.

 

Cənubi  Koreya  təhsil  sisteminin  bir  sıra  fərqli  cəhətləri  mövcuddur

 

  • Ölkədə şagird  hər  dəfə  yeni  təhsil  səviyyəsinə  qədəm  qoyduqda  “birinci  sinif” adlandırılır. Məsələn, beşinci  sinif  şagirdlərinə  “ümumi –orta  təhsil  birinci  sinif  şagirdləri” 
  • Uşaqlar günün əksər  hissəsini  məktəbdə  keçirirlər, bu  səbəblə  sinifdə  hər  kəs  evdəki   kimi  davranır. Şagirdlər  dərslərdən  əvvəl  və  ya  sonra  siniflərini  təmizləyirlər. Eyni  zamanda  əksər  şagirdlər  sinifdə  ev  çəkələkləri  ilə  gəzir.
  • Cənubi Koreyada  şagirdlər  çox  nadir  hallarda  qrup  halında  dərs  keçirlər.
  • Məktəb uniformaları  bütün  təhsil  müəssisələrində  məcburidir.
  • Şagirdlər demək olar  ki, dərsləri  heç  buraxmır. Məktəbə  getmədikləri  gün  sayı  olduqca  azdır.
  • Müəllimlərin şagirdləri  hər  hansı  bir  səbəbdən  cəzalandırması  qadağandır.
  • Cənubi Koreyada  şənbə  günləri  də  dərs  keçilirdir, ancaq  2012-ci  ildə  verilən  qanuna  əsasən  bu  qadağan 

 

 

Cənubi  Koreyada  tədris  ili  ərzində  məktəblərdə  ümumi  olaraq  iki   ay  yarım  tətil  olur

 

Koreyada  tədris  ili  mart  ayında  başlayır  və  fevral  ayında  bitir. Tədris  ilinin  ilk  yarısı  mart- iyul  ayları  arasında  davam  edir  və  1  aylıq  yay  tətili  verilir. İkinci  yarısı  sentyabr – fevral  ayları  arasında  davam  edir. Bu  aralıqda  dekabr  ayının  ortasında  başlayıb  yanvar  ayının  sonuna  kimi  davam  edən  bir  ay  yarımdan  ibarət  qış  tətili  verilir.

 

Məktəblərdə  dərs  saatları  fərqli  şəkildə  tənzimlənir

 

Bir  şagirdin  məktəbdə  keçirdiyi  zaman  təhsil  səviyyəsinə  bağlı  olaraq  dəyişir. İbtidai  təhsil  səviyyəsində  oxuyan  şagirdlər dərsə  08:00 –da başlayır  və  13:00-da  bitir. Ümumi-orta   və  tam  orta  təhsil  səviyyələrində  təhsil  alan  şagirdlər  08:00  və 16:30  aralığında  məktəbdə  olur. Dəsrlərin  müddəti  45  dəqiqə, tənəffüslərin  müddəti  10  dəqiqədir. Dərslərdəki  ilk  30  dəqiqə  şagirdlərin  özləri  ilə  məşğul  olmalarıüçün  ayrılır. Bu  müddətdə  müəllim  şagirdlərə  nəzarət  edir.(okul.com.tr)