Azedu.az

İmtahandakı qanunsuzluqlarla bağlı protokollar sabah elan olunacaq

4 Mart 2018, 08:58
İmtahandakı qanunsuzluqlarla bağlı protokollar sabah elan olunacaq

Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətindən AzEDU-ya verilən məlumata görə, 9-cu siniflərin buraxılış imtahanlarının birinci mərhələsi saat 11-də başlayıb.

İmtahan 2 saat müddətində davam edəcək. Yazı işi yazanlar üçün 30 dəqiqə əlavə vaxt verilir.

Qurumun mətbuat katibi Xanlar Xanlarzadənin sözlərinə görə, hazırda Dövlər İmtahan Mərkəzində Operativ Qərargah fəaliyyət göstərir:

"İmtahan keçirilən bütün binalarla əlaqə saxlanılır, prosesinin gedişi nəzarətdədir. İmtahan başa çatandan sonra daha dəqiq məlumatlar veriləcək".

Şagirdlərin imtahandan kənarlaşdırılması ilə bağlı sualımıza cavab olaraq mətbuat katibi bildirib ki, bu hallar protokollar oxunandan sonra bəlli olur. İmtahan protokolları sabahdan etibarən elan olunacaq.

Əsmər Qabil

Rusiyada DƏHŞƏTLİ ANLAR yaşanır - Ukrayna bu yerləri bombalayır
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox