Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-16 18:00:00
Son 15 gündə Gürcüstanda 46 uşaq bağçası bağlanıb  

Gürcüstanda son 15 gündə 46 uşaq bağçası koronavirus səbəbindən yenidən bağlanıb.

 

AzEdu.az xəbər verir ki, bu barədə Gürcüstanın Uşaq Bağçaları Departamentinin rəhbəri Kaxaber Qvantseledze məlumat verib.

 

Onun sözlərinə görə, ölkədə uşaq bağçaları martın 1-də fəaliyyətini bərpa edib. Son 15 gün ərzində 46 uşaq bağçasında uşaqların koronavirusa yoluxma halları təsdiqlənib və onların hamısı bağlanıb. Onların 4-ü 14 günlük karantindən sonra yenidən açılsa da 42-si hələ də bağlıdır.

 

Qeyd edək ki, son 15 gündə ölkədə koronavirusa yoluxma yenidən artıb. Martın 16-da ölkədə daha 537 nəfərdə koronavirus təsdiqlənib. Bununla da ölkədə koronavirusa yoluxanların ümumi sayı 275 min 685 olub. Pandemiya qurbanların sayı isə daha 8 fakt artaraq 3658-ə çatıb.

 

Gürcüstanda martın 15-də koronavirusa qarşı peyvəndləmə başlayıb və ilk növbədə, tibbi personal vaksinasiya olunur.