https://www.zirve.edu.az/
03.03.2018 12:20
Oksford Biznes Kolleci Bakıda müqavilə imzaladı-FOTOLAR

Bugün Beynəlxalq Avrasiya Mətbuat Fondu ilə Oksford Biznes Kolleci arasında müqavilə imzalanıb.

AzEDU xəbər verir ki, tədbir Beynəlxalq Avrasiya Mətbuat Fondunda təşkil olunub. Tədbirin keçirilməsində məqsəd Oksford Biznes Kollecini teqdim etmək, Avrasiya Mətbuat Fondu ilə əməkdaşlıq müqaviləsi imzalayaraq təhsilin inkişafına töhfə verməkdir.

Tədbiri giriş nitqi ilə açan Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Ümid Rəhimoğlu əcnəbi qonaqlara iştirakçıları təqdim etdikdən sonra, sözü Oksford Biznes Kollecinin rəhbəri Padmes Gupdoya ötürüb.

O, təhsil müəssisəsi haqqında məlumat verərkən bildirib ki, Oksford Biznes Kolleci 1985-ci ildə yaradılıb: “Kollec əsasən biznes və administrasiya üzrə ixtisaslaşıb. Burada yalnız nəzəri biliklərə yox, həm də təcrübəyə önəm verilir. İxtisaslaşmış, peşəkar müəllimlər dərs deyir”.

O, gəliş məqsədinin Britaniya təhsil sistemini Azərbaycanda tanıtmaq və Beynəlxalq Avrasiya Mətbuat fondu ilə əməkdaşlıq müqaviləsinə imza atmaq olduğunu, bu əməkdaşlıqdan məmnun qaldığını qeyd edib: “Təhsilə ayrılan pul xərc deyil, investisiyadır. Təhsilin inkişafı naminə birgə uğurlu işlər görəcəyimizə inanıram”.

Tədbirdə “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, Turkustan.info informasiya portalının rəhbəri Aqil Camal, Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli və digərləri iştirak edib.

Tədbir iştirakçılarının çıxışından sonra Oksford Biznes Kollecinin xanım nümayəndəsinin prezentasiya təqdimatı baş tutub.

foto2.jpg

foto3.jpg

foto6.jpg