Azedu.az

Elmə məlum olmayan yırtıcılar tapıldı

Maraqlı

20 Yanvar 2021, 13:50
Elmə məlum olmayan yırtıcılar tapıldı

Avstraliya sahillərində okeanın dərinliklərində elmə məlum olmayan yırtıcılar aşkarlanıb.

 

AzEdu.az xəbər verir ki, daha əvvəllər bilinməyən yırtıcı süngər növlərini “Queensland” Muzeyinin alimləri tapıb.

 

Yeni canlı növlərinin Böyük Avstraliya Körfəzinin 3 km dərinliyində yaşadığı bildirilir.

 

Araşdırmanın məqaləsi “Science Media Exchange”də yayımlanıb.

 

Süngərlər dəniz suyunu süzərək qidalanan çoxhüceyrəli heyvanlardır, lakin yırtıcı növlər kiçik xərçəngkimilər kimi digər sualtı sakinlərini ovlamağa uyğunlaşıb.

 

Türkiyə Fələstin xəyanətinə niyə susdu? Putin türk dünyasına gətirilir
Son xəbərlərDaha çox