Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-07 16:59:00
Məktəblər açıldıqdan sonra tibbi xidmət bu cür həyata keçiriləcək - Qanunvericilik

 

 

 

Artıq bir ilə yaxındır ki, ölkəmiz distant təhsil formasına keçib. 2021-ci ildən tətbiq olunacaq vaksinasiya prosesinə əsasən, demək olar ki, əyani təhsil bizim üçün uzaq deyil. Belə bir şəraitdə isə əsas məqamlardan biri ümumi  təhsil müəssisəsində tibbi xidmətin təşkili ilə bağlı olacaq.

 

 

AzEdu.az “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, təhsil müəssisəsində tibbi xidmətin keçirilmə qaydalarını təqdim edir:

 

 

Belə ki, ümumi təhsil müəssisələrində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada tibbi xidmət təşkil edilir.

 

 

Mülkiyyət növündən və tabeliyindən asılı olmayaraq məktəblərdə təhsilalanlara müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada pulsuz tibbi xidmət göstərilir.

 

 

Ümumi təhsil müəssisələrində “Uşaqların icbari dispanserizasiyası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada təhsilalanların icbari müayinələri həyata keçirilir.

 

 

Müayinələrin nəticələrinə uyğun olaraq, təhsilalanlara ambulator, stasionar və ya sanatoriya şəraitində tibbi yardım göstərilir.

 

 

Ümumi təhsil müəssisələrində sanitar-gigiyenik normalara riayət edilməsinə, müalicə-profilaktika tədbirlərinin aparılmasına nəzarət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir.

 

 

Ümumi təhsil müəssisələrində iaşə xidməti təhsil müəssisəsi ilə iaşə xidməti göstərən hüquqi və ya fiziki şəxslər arasında bağlanan müqavilə əsasında tətbiq olunur.

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları