Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-22 14:34:00
Ermənilər Fransada türk müəllimə necə əngəl oldu? - ŞOK SİRLƏR AÇILDI

"Fransa açıq şəkildə erməni terroruna dəstək verir".

Bu sözləri Publika.az-a müsahibəsində Fransada fəaliyyət göstərən türk jurnalist, həmçinin "Anadolu" Agentliyinin əməkdaşı Ümid Dönməz bildirib

- Ümid bəy, eyni vaxtda iki ölkənin vətəndaşı olmaq necə hissdir?

- Bəli, həm Türkiyə, həm də Fransa vətəndaşıyam. Mənə görə fərqli duyğu deyil. Çünki insan hər zaman Vətəninə aid olur. 3 yaşım olanda ailəmlə birgə Türkiyədən Fransaya köçdük. Elə o vaxtdan burada yaşayıram. Məktəbi Fransada bitirmişəm. Ali təhsilimi isə Fransada başlayıb, İngiltərədə tamamlamışam. 6 il İngiltərədə fransız və alman dili müəllimi kimi çalışmışam. Əsasən ibtidai siniflərdə dərs verirdim. Çünki uşaqlarla vaxt keçirməyi sevirəm. Fransaya geri dönəndən sonra da heç nə dəyişmədi. Burada ibtidai siniflərdə xarici dil müəllimi çalışmışam.

- Şərq toplumlarında, xüsusən də ibtidai siniflərdə siniflərdə kişi müəllimləri şamla axtarırıq. Sizcə uşaqların ilkin təlim-tərbiyəsində kişi müəllimin nə kimi rolu var?

- Şəxsən öz düşüncəmi bölüşəcəm. Kişi müəllim formalaşan insanın təhsil dönəmində fərqlilik, seçim müxtəlifliyi deməkdir. Bəzi şeylərin tək qadınlara deyil, kişilərə də məxsus olduğunun, kişilərin də bacardığının canlı sübutudur. Bir işi qadın bacarırsa, kişinin də əlindən gələcəyini aşılamaq, həmçinin cinsi bərabərliyi sübut etməkdir. Bir növ uşağın azad düşüncəsini təmin etməkdir.

- Bəs siz özünüzü hansı ölkədə daha azad hiss edirsiniz?

  • 3 ölkədə yaşamışam. Ən çox İngiltərə və Türkiyədə azad olmuşam. Fransa azadlığım üçün heç vaxt münbit ölkə olmayıb. Bunun əsas səbəbi də günbəgün artan islamofobiya və bu dalğanın media və siyasətə sıçramasıdır. "Sən başqa millətdənsən, bizdən deyilsən" kimi düşüncələr də insanın azadlığını zəncirləyir. Bu ölkədə irqçilik problemi insanların həyatında dərin yaralar qoyur. Bir sıra problemlərə yol açır. İstər dövlət qurumları olsun, istərsə də özəl şirkətlər, iş tapmaq kimi məsələlər də müşkülə çevrilir. Hətta adi polisin münasibətini, digərlərinə nəzakətlə müraciət etdiyi halda səninlə kobud davranışını da misal gətirə bilərəm. Bu kimi hallarla İngiltərədə rastlaşmamışam. Fransa dövlət simvolu olan qardaşlıq, bərabərlik, azadlıq kimi prinsiplər üzərinə qurulub. Amma xalqın əksəriyyəti bu incəliklərə önəm vermir. Özü də sizi əmin edirəm ki, eyni kobudluq yəhudilərə qarşı da mövcuddur. Doğrudur İngiltərədə də bəzi problemlər müşahidə etmişəm. Amma Fransada olduğu qədər qabarıq deyil
  • - Şəxsən özünüzə qarşı hansı haqsızlıqlarla üzləşmisiniz?

    - 2010-cu il idi. İngiltərədən yeni dönmüşdüm. Fransada işimə davam etmək üçün bir sıra imtahanlardan keçməli idim. Mərhələlər bitdi, ərazi üzrə ən yüksək nəticə məndə idi. Bir gün aidiyyatı qurumdan mənə zəng gəldi. "Ümid bəy, təbrik edirik. Ən yüksək nəticə ilə öndəsiniz. Amma adınızdan türk olduğunuzu təxmin etdik. Bəzi insanlar çalışmağınıza etiraz edirlər. Odur ki, adınızı dəyişdirməyinizi tövsiyə edirəm". Təəssüf ki, həmin işə qəbul olunmadım. Sonradan öyrəndim ki, mənə qarşı baş verən haqsızlıq erməni lobbisinin böyük təşəbbüsü olub.

    - Lakin bu gün Fransada öz onlayn medianızı qurmağa Nail olmusunuz. Həmçinin "Anadolu" Agentliyinin əməkdaşısınız. Media ilə təmasınızdan danışın lütfən.

    - 2015-ci ildə öz xəbər saytımı yaratdım. Bunun əsas səbəbi PKK və erməni lobbisinin türk və azərbaycanlılar haqda yaydıqları yalan informasiyaları ifşa etmək idi. Həm qərb, həm də rus mediasına qarşılıq vermək, haqq səsimizi dünyaya çatdırmaq istədim. Bir neçə il sonra isə "Anadolu" Agentliyi ilə də əməkdaşlığa başladım.

    - İkinci Qarabağ müharibəsi dövründə də fəaliyyətinizlə Azərbaycana çox dəstək oldunuz. Minnətdaram!

    - Müharibə dövründə Fransada Azərbaycan haqda azı 30 məqalə yazdım. 2 dövlət, tək millətiksə bu təbliğatla məşğul olmaq, erməni təxribatını ifşa etmək borcumdur. Bununla özümü reklam məqsədi güdmürəm. Uşaqlığımızdan Azərbaycanla doğma ruhda böyümüşük. Vətənimizə ürək borcumu yerinə yetirirəm. Bu məsələdə qarşılıq gözləyən insanları da anlamıram. "Anadolu" Agentliyində çalışmağımla da qürur duyuram. Jurnalist üçün hər şeydən öncə söz azadlığı gəlir. Fransa mediasında çalışsaydım, indiki azadlığım ifadə sərbəstliyim tam məhdudlaşacaqdı.

    - Halbuki Fransa adətən insan haqlarını pozmaqda bizi günahlandırır.

    - Doğrudur. Fransızlar, avropalılar bu mövzuda çox vaxt Türkiyəyə yersiz iradlar bildirirlər. Amma Türkiyə mediasında azadlıq tam təmin olunur. Fransa auditoriyası üçün məqalə yazanda isə erməni lobbisinin fikirləri, islam qorxusu, iqrçi düşüncələrini nəzərə almalısan. Mənim üçün əsas xalqımızın haqlarını tələb etməkdir, kimliyini unudub Fransa hakimiyyətinin idarəçiliyində olmağın gətirdiyi maddiyatın heç bir önəmi yoxdur. Fransanın birinci kanalının müxbir dostumuz Azərbaycan haqda qərəzsiz xəbər çatdırdığı üçün erməni lobbisinin çox açıq-aşkar təqibinə məruz qaldı. Bu ölkədə ermənilərin senzurasından keçməyən heç bir xəbər yayımlana bilməz. Bu o deməkdir ki, fransızlar aydın şəkildə terrora dəstək verirlər, erməni təxribatçıları isə cəzasız qalırlar. Odur ki, mənim kimi azad jurnalistlərin qərəzsiz məqalələrinə ehtiyac duyduğunu zənn edirəm.