https://www.zirve.edu.az/
24.11.2020 15:15
Magistratura oxuyana vətəndaşlıq verən təhsil ölkəsi – Fantastik güzəştlər

 

 

 Avstraliya təhsil sahəsində təqdirəlayiq universitetləri  və dil məktəbləri ilə nəzəri olmayaq bir təhsil cənnətidir. Avstraliya dövləti yüksək keyfiyyətli bir təhsil təqdim etmək məqsədilə bütün qurumları ciddi nəzarətdə saxlayır və keyfiyyəti aşağı olan təhsil müəssisələrini bağlayır.

 

Avstraliyada oxuyan əcnəbi tələbələrin sayı hər il 20 faiz artır və bu sayın 200000-i keçməsi bunun əsas göstəricilərindəndir.  Bu ölkədə aldığınız magistr təhsili sizə dünyanın hər yerində nüfuzlu təhsil statusu, iş imkanları yaradacaq.

 

AzEdu,az xarici KİV-ə istinadən Avstraliyada magistraturaya qəbul şərtləri, bu təhsilin üstünlükləri və s. haqqında ətraflı məlumatı təqdim edir:

 

Avstraliyada magistratura təhsili üçün kimlər müraciət edə bilər?

 

Avstraliyada təhsil üçün güclü dil biliyi və maddi təminatınızın olmasına ehtiyac var. Bu şərtləri ödəyirsinizsə  ölkədə istədiyiniz universitetdə təhsil ala bilərsiniz. Avstraliyada ikisi özəl olmaqla fəaliyyət göstərən 43 universitet yüksək standartlara malikdir. Bu ölkədə magistr proqramı bir, bir il yarım və iki il çəkilə bilər. Təhsil almaq istədiyiniz sahəyə və akademik göstəricilərinizə uyğun seçim etmək üçün yardım ala bilərsiniz.

 

ALES imtahan məcburiyyəti yoxdur

 

Avstraliyada təhsil almaq üçün, eynilə, qardaş Türkiyədə olduğu kimi ALES imtahanı şərt deyil. Yuxarıda qeyd etdiyimiz şərtləri ödəmək təhsil üçün kifayət edir.

 

Avstraliya həm təhsil almaq, həm də yaşamaq üçün ideal ölkələrdəndir.

 

Keyfiyyətli təhsillə yanaşı yeni iş imkanları, yeni yerlər kəşf etmək, dil biliyinizi inkişaf etdirmək və s. istəyirsinizsə Avstraliya ideal ölkələrdəndir. Onu da qeyd edək ki, buradakı  günlük yaşam xərcləri İngiltərə, ABŞ kimi ölkələrdən daha uyğundur.

 

Məzunlara Avstraliyada yaşamaq və vətəndaşlıq imkanı verilir

 

Avstraliya güclü iqtisadiyyatı və gözəl yaşayış şərtləri ilə dünyada qabaqcıl ölkələrdəndir. Ölkənin diplomunu alan, ingilis dilini dərindən bilən şəxslər üçün magistr təhsilini başa vurduqdan sonra burada qalıb işləmək asan olacaq. Avstraliyada magistr təhsili alaraq özünüzə yeni bir həyatın qapılarını aça bilərsiniz. 2 illik magistr təhsilini başa vurduqdan sonra məzunlara 18 ay tam iş günü çalışmaq icazəsi verilir. Bu müddət ərzində yaşayış icazəsi verə bilərsiniz.

 

Avstraliya səfirliyi magistratura tələbələrinə daha güzəştli yanaşır

 

Avstraliya səfirliyinin Avstraliyaya qəbul olunacaq namizədlər üçün nə qədər diqqətli seçim etdikləri əksəriyyətə məlumdur. Səfirlik xüsusilə dil təhsili üçün gedəcək müəllimlərdən onlarla rəsmi sənəd tələb edirlər.

 

Lakin,  dil təhsili və bakalavriatura xüsusilə, dil təhsili və magistratura kimi proqramlarda namizədlərə müəyyən güzəştlər edilə bilər.