Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-16 11:39:00
5 azərbaycanlı gənc Rumıniyada təhsil almaq imkanı qazandı    

 

Rumıniyanın Milli Təhsil Nazirliyi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlığa dair bağlanmış müqavilə əsasında 2020-2021-ci tədris ili üzrə Rumıniya ali təhsil müəssisələrində təhsil üçün keçirilmiş müsabiqə nəticəsində 5 Azərbaycan vətəndaşının namizədliyi müsbət qiymətləndirilib.

 

AzEdu.az-ın məlumatına görə, qalib namizədlər Rumıniyanın “University of Agronomic Sciences and Veterinary Medicine of Bucharest”, “Bucharest University of Economic Studies”, “University of Bucharest”, “University Oil Gas Ploieşti” və “Ovidius University of Constanta” ali təhsil müəssisələrində magistratura və doktorantura səviyyələrində biotexnologiya, təsviri incəsənət, neft-qaz çıxarılması, iqtisadiyyat və filologiya ixtisasları üzrə təhsil alacaqlar.

 

Qeyd edək ki, təqaüd proqramının tələblərinə uyğun olaraq, tələbələr 1 il müddətində ödənişsiz rumın dili hazırlığına cəlb olunacaq. Bununla yanaşı, onların təhsil haqqı, yataqxana xərci, aylıq təqaüd və tibbi sığorta xərcləri Rumıniya tərəfindən, yol xərci isə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən qarşılanacaq.

 

Müvafiq təqaüd proqramı barədə elan 5 mart 2020-ci il tarixində verilib.