Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-31 15:29:00
  Ənənəvi təhsil bərpa edildikdən sonra bu  layihəyə   başlamaq zəruridir" -Nadir İsrafilov

 

 

“Bakı Şəhəri üzrə Təhsil İdarəsi və AzEduAz Təhsil Portalı tərəfindən məktəb direktorları üçün nəzərdə tutulan layihəyə start verməyin zamanıdır...”

 

 

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini:

 

“Distant təhsil məqsəd deyil, vasitədir”

 

“Profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydalarına müvafiq olaraq Nazirlər Kabinetinin Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün təhsil müəssisələrində 2020-ci il 2 noyabr tarixindən tədris və təlim-tərbiyə prosesinin distant formada təşkilinin təmin edilməsini nəzərdə tutan qərarı xüsusi karantin rejimi üçün təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər baxımından düzgün və ən optimal variantdır.


Bu qərar heç də təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin əyani formada aparılmasını inkar etmir. Qərarda da göstərildiyi kimi bu Qərarın qüvvədə olduğu müddətdə sanitar-epidemioloji vəziyyətlə bağlı Azərbaycan Respublikasının baş dövlət sanitariya həkiminin və ya Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin gigiyena və epidemiologiya mərkəzlərinin müvafiq rəyləri əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi ayrı-ayrı inzibati ərazi vahidlərində fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin əyani formada aparılmasının bərpası və ya dayandırılması barədə qərar qəbul edə bilər. Yəni, hələ ki, şəraitə və situasiyaya uyğun lokal xarakterli diferensial yanaşma ilə bağlı real variant budur.”



Bu sözləri AzEduAz-a açıqlamasında Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilov deyib.



Ekspertin sözlərinə görə Ümumdünya Səhiyyə Təşkilatının açıqlamasında da birmənalı şəkildə bildirilmişdir ki, məktəblərin fəaliyyəti ilə bağlı qərarların qəbulu zamanı əsas məsələ ondan ibarətdir ki, ümumi epidemioloji kontekstdə uşaqların və əməkdaşların sağlamlıqları üçün riskləri nəzərə alaraq bu müəssisələrin fəaliyyətini maksimum təhlükəsiz dərəcədə necə təşkil etmək olar. Sadəcə olaraq, bu zaman məktəblərin təhlükəsiz fəaliyyəti üzrə variantlar məktəb şəraitində şəxsi gigiyena və sosial məsafə tədbirlərinə əməl etmək, eləcə də konkret şərtlər nəzərə alınmaqla digər tədbirlərin çevik və səmərəli tətbiqi də həyata keçirilə bilər.



Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər barədə" qərarı ilə əlaqədar tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili və bağlı Təhsil Nazirliyinin təşkil etdiy brifinqdə bu və digər məsələlərə kifayət qədər aydınlıq gətirildiyindən, təkcə onu əlavə edə bilərəm ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi və AzEduAz Təhsil Portalı tərəfindən məktəb direktorları üçün nəzərdə tutulan layihə Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, bütün təhsil müəssisələrində əlavə tətil günlərinin müəyyən edilməsi nəzərə alınaraq, müəyyən dərəcədə təxirə salınmışdı.



Məlum olduğu kimi “Tədrisin təşkili: yeni şərait, yeni qaydalar” adlı layihənin əsas məqsədi ümumi təhsil müəssisələrində xüsusi karantin rejimi dövründə məktəb direktorlarının tədris və təlim-tərbiyə prosesinin təşkilinə dair pedaqoq və idarəedici kimi praktik təcrübəsini, müvafiq təklif və tövsiyələrini bölüşmək, həmçinin məktəb kollektivi, şagird və valideynlərin mövcud vəziyyətdə davranış qaydaları ilə bağlı münasibətini ictimailəşdirməkdən ibarət idi.



Məktəb direktorları layihə çərçivəsində yeni tədris mühitində ümumi təhsil müəssisələrində dərslərin təşkili ilə bağlı Nazirlər Kabinetinin müvafiq qərarı, Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq əmrlərinin icrası çərçivəsində həyata keçirilən işlərə dair məqalələrlə çıxış edə bilərlərdilər. Məqalələrdə distant təhsil, məktəblərdə gigiyenik tələblərin tətbiqi vəziyyəti, məktəbdaxili davranış qaydaları, şagirdlərin maarifləndirilməsi, onların asudə vaxtının səmərəli təşkili və yaradıcılıq qabiliyyətlərinin inkişafı barədə müvafiq yanaşmalar təqdim ediləcəkdi.



Deməyim odur ki, “Bakı Şəhəri üzrə Təhsil İdarəsi və AzEduAz Təhsil Portalı tərəfindən məktəb direktorları üçün nəzərdə tutulan layihəyə start verməyin əsil zamanıdır. Hesab edirəm ki, tədris, təlim və tərbiyə prosesi ilə bilavasitə bağlı olan praktik rəhbər işçilərin konkret mülahizələri, rəy və təklifləri yeni şərait və yeni qaydalara uyğun işin təşkilinə öz səmərə və faydasını verə bilər...”

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları