Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-21 11:44:22
Məktəbə 6 yaşdan gec gedənlərin sayı azalıb  

2012-ci ildə 6 yaşdan yuxarı uşaqların məktəbə gec getməsi halları 12 faiz təşkil edirdisə, 2017-ci ildə bu rəqəm 6 faiz olub.

AzEdu.az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin 2017-ci ildə gördüyü işlərə həsr olunmuş hesabat tədbirində çıxış edən Təhsil İnstitutunun direktor əvəzi Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, 2017-ci ildə Azərbaycanda təhsil alan şagirdlərin sayı 1 522 487 nəfər olub. Ən çox şagirdi olan rayon Sabunçu (62 374), ən az şagirdi olan rayon Sədərək (1 287) olub.

E.Əmrullayev bildirib ki, 2017-ci ildə ali məktəbə qəbul imtahanında orta bal 2012-ci ilə nisbətən 62 bal artaraq 177-dən 239-a yüksəlib.
 
O əlavə edib ki, 2017-ci ilin qəbul imtahanlarında cari ilin məzunlarının 44 faizi 200 baldan az toplasa da, bu göstərici əvvəlki illərdə məzun olmuş abituriyentlərdə 65 faiz olub: "Lakin 200-dən yuxarı bal toplayanların çəkisinin illər üzrə dinamikasına baxdıqda bu faizin əhəmiyyətli dərəcədə artdığını görmək olar. Sevindirici haldır ki, hər il qəbul imtahanlarında 600-dən çox bal toplayanların sayı artır".