Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-21 10:10:00
Ali məktəblər bu il təhsil haqqını azaldacaq? - RƏY

"Ödənişli əsaslarla təhsil alan tələbələrimiz bəzi imtiyazlara görə təhsil haqqından azad idilər. Onların ödənişini dövlət universitetlərə ödəyirdi. Ali təhsil müəssisələri təsərrüfat hesablıdır. Özləri özlərini maliyələşdirirlər".


AzEdu.az
xəbər verir ki, bu sözləri modern.az-a açıqlamasında təhsil eksperti, təlimçi-müəllim  Elnur Hacıyev deyib:


"İşçilərinin əmək haqqını, professor-müəllim heyətinin əmək haqqı həmin büdcədən formalaşır tələbələrin verdiyi ödənişdən. Əgər tələbələr ödəniş etməzlərsə, o zaman universitetin öz xərclərini qarşılamağı mümkün deyil. Bu baxımdan dövlət ali təhsil müəssisələrində tələbələrin ödənişinin olması mütləqdir".

 

E.Hacıyev bildirib ki, indiki dövrdə ali təhsil müəssisələrinə dəyən ziyanı dövlət qarşılamalıdır.

 

"Təhsil müəssisələrində həssas ailə qrupuna aid olan tələbələr də təhsil haqqından azad olundular. Bu cür tələbələrin təhsil haqqını dövlət qarşılayır. Ali təhsil müəssisəsinin ixtiyarı yoxdur ki, təhsil haqqını azaltsın. Təhsil haqqından tam şəkildə məhrum etmək düzgün deyil amma müəyyən qədər azalmalar ola bilər".

E.Hacıyev onu da deyib ki, distant təhsilin qurulması məsələsi var.

 

"UNEC və digər bir neçə ali təhsil müəssisəsi keyfiyyətli təhsil verə bilir. Başqa universitetlər isə bu xidməti göstərmirlər. Sadəcə olaraq distant təhsili daha keyfiyyətli eləmək üçün, hər bir ali təhsil müəssisəsi bu sahədə işlər görməlidir. Ənənəvi formada dərs keçirilmirsə, distant formada dərs tam düzgün formada təşkil olunmalıdır".