Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-19 12:17:00
Terror nəticəsində Nigarla yanaşı, iki məktəb yoldaşı da dünyasını dəyişib – Direktor  

 

17 oktyabrda erməni vandalizmi tərəfindən Gəncədə baş verən terror aktı nəticəsində Gəncə şəhər K.Uşinski adına 29 nömrəli tam orta məktəbdə təhsil alan 3 şagird dünyasını dəyişib.

 

 AzEdu.az xəbər verir ki, 1-ci sinif şagirdi Məryəm Xəlilli  ,onun qardaşı 6-cı sinif şagirdi Orxan Xəlilli və 10-cu sinif şagirdi Nigar Əsgərova baş verən erməni təcavüzü nəticəsində dünyasını dəyişib.

 

Gəncə şəhər K.Uşinski adına 29 nömrəli tam orta məktəbin direktoru Valeh Hüseynov baş verən hadisədən dərin hüzün hissi keçirdiyini qeyd edib:

 

“Şagirdlərimizin ölümü bizi dərin qəhərə boğub. Məryəm hələ birinci sinifə yeni qədəm qoymuşdu. Qardaşı Orxan isə məktəbimizin yaxşı şagirdlərindən idi və dərslərinə məsuliyyətlə yanaşırdı. Nigar isə çox ağıllı və tərbiyəli qız idi.  Onun da qardaşı ağır yaralandığı üçün hazırda xəstəxanadadır”.

 

Qeyd edək ki, Gəncədə baş verən terror aktı nəticəsində 16 nəfər dünyasını dəyişib, 52 nəfər isə ağır yaralanıb.

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları