Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-16 11:43:00
Kasıb ailələrdən olan tələbələrin təhsil haqqı yenidən ödəniləcək – Dövlət tərəfindən  

 

 

“Sosial baxımdan həssas ailələrdən olan 15 mindən çox  tələbənin təhsil haqqı ödənilib”.

 

AzEdu.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev Təhsil Nazirliyi və TƏBİB-in birgə keçirdiyi brifinqdə deyib

 

O,  qeyd edib ki, söz orduya könüllü gedən tələbələr sonradan dərslərini davam edə biləcəklər.

 

“Bizim istəyimiz onların zəfərlə qayıtmasıdır.

 

Həmçinin, ötən semestrdə sosial baxımdan həssas ailələrdən olan tələbələrə yardım göstərilib. Bu proses hazırda da davam edir. İki və üçüncü kurs tələbələrinin ödənişləri avtomatik yenilənəcək. Həmin tələbələrin sayı 15 mindən çoxdur”.

 

Qeyd edək ki, 19 oktyabrdan 2 noyabra kimi ölkədə olan bütün təhsil müəssisələrində tətil elan edilib.