Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-12 14:09:00
Hikmət Hacıyevin təhsil yolu – Uğurlu diplomatik karyera  

 27 sentyabrdan etibarən ölkəmiz torpaqlarının düşmən tapdağından xilas etmək uğrunda mübarizəyə başlayıb. Bu mübarizə tək səngərdə  deyil, həm də informasiya cəbhəsində də gedir. Bu cəbhənin ən öndə gedən simalarından biri isə şübhəsiz Hikmət Hacıyevdir. O, Qarabağ dərdimizin dünya ictimaiyyətinə çatdırılmasında böyük rol oynayır.

 

 

AzEdu.az  Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri Hikmət Hacıyevin təhsili və diplomatik karyerası ilə bağlı yazını  təqdim edir.

 

 

Hikmət Hacıyev 1979-cu ildə Gəncə şəhərində anadan olub. Gəncə şəhəri 24 saylı orta məktəbi bitirib. 1995-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinə qəbul olunub. Həmin fakültənin bakalavr və magistr pillələrini bitirib.



Daha sonra NATO-nun Müdafiə kolleci, Təhlükəsizlik məsələlərinin tədqiqi üzrə Corc Marşal mərkəzinin məzunudur. Belçikanın ULB universitetindən ikinci magistr dərəcəsini alıb.

 

Hikmət Hacıyev 2000-ci ildən Xarici İşlər Nazirliyində çalışmağa başlayıb. XİN-in Beynəlxalq təşkilatlar və Təhlükəsizlik Problemləri idarələrində işləyib.

 

Diplomatik fəaliyyəti dövründə Azərbaycan Respublikasının NATO yanında nümayəndəliyində, Küveyt və Misirdəki səfirliklərində çalışıb. Azərbaycan Respublikasının Misirdəki Səfirliyinin müşaviri olub.

 

2013-cü avqustunda Azərbaycan Respublikasının Misirdəki səfirliyinin müşaviri kimi uzunmüddətli xarici xidməti ezamiyyətini başa vuraraq, Xarici İşlər Nazirliyinə dönüb. 2013-cü ilin sentyabrından Xarici İşlər Nazirliyində şöbə müdiri vəzifəsində çalışıb.  

 

2018-ci ildən Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri vəzifəsində çalışır.

 

Rus, türk, ingilis və fransız dillərini bilir.