https://www.zirve.edu.az/
08.10.2020 15:58
  AzEdu.az-dan şagird və müəllimlərə çağırış - Əsgərlərimizə məktub  yazaq  – “Məktəbdən səngərə”

 AzEdu.az təhsil portalı “Məktəbdən səngərə” rubrikasına start verir.

 

Rubrika çərçivəsində müəllim və şagirdlər səngərdə torpaqlarımızın azadlığı uğrunda vuruşan əsgər və hərbçilərimizə ürək sözlərini yaza və onlara arzu və istəklərini çatdıra bilərlər.

 

Vətən Müharibəsində torpaqlarımızın azadlığı və onların erməni təcavüzündən xilas olması üçün mübarizə aparan əsgərlərimizə mənəvi dəstək olmaq məqsədi ilə təhsil ictimaiyyəti ürək sözlərini [email protected] email ünvanına göndərə bilər.

 

Şərtlər:

 

1.Şagirdlər oxuduqları sinifi, müəllimlər isə çalışdıqlar məktəb və tədris etdikləri fənni  qeyd etməlidir;

 

2.Göndərilən mətn bir abzaslıq formatda olmalıdır;

 

3.Məntlə bərabər şəkil və şeir nümunələri də qəbul edilir.

 

AzEdu.az olaraq müəllim və şagirdlərin diləklərini əsgərlərimizə çatdırmağa hazırıq!

 

Qarabağ Azərbaycandır!

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları