Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-30 16:38:00
Azərbaycanda 420 məktəb fəaliyyətini dayandırdı-Təhsil Naziri açıqladı  

“Azərbaycanın 14 bölgəsində 420 məktəb fəaliyyətini müvəqqəti dayandırıb. Bu məsələni daim nəzarətdə saxlayırıq. 9 məktəb düşmənin təxribatı nəticəsində xəsarət alıb.Təəssüf ki, 2 şagirdimiz şəhid olub, 1müəllimimiz yaralanıb”.

 

AzEdu.az xəbər verir ki, bunu Təhsil Naziri Emin Əmrullayev brifinq zamanı bildirib.

 

O, ibtidai siniflərin dərs qrafikindən də danışdı: “Ölkəmizdə sentyabrın 15-dən tədris bərpa olundu. Bölgələrdə həftədə 3dəfə ibtidailər ənənəvi şəkildə dərsə gəlirlər. Paytaxtda isə 2 dəfə”.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları