Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-30 13:51:00
 Erməni vəhşiliyi üzündən həlak olan şagirdlərin müəllimi: “Çox fəal idilər, məktəbimizi təmsil edirdilər”  

 

 Erməni vəhşiliyi üzündən həlak olan şagirdlərin müəllimi: “Çox fəal idilər, məktəbimizi təmsil edirdilər”

 

Şəhriyar və Fidan məktəbimizin ən fəal şagirdləri idilər”.

 

Bunu AzEdu.az-a açıqlamasında Naftalan şəhər Z.Rüstəmov adına Qaşaltı Qaraqoyunlu kənd tam orta məktəbinin direktoru Ulduz Mayılova deyib.

 

O, erməni təcavüzü nəticəsində dünyasını dəyişən Fidan Qurbanova və Şəhriyar Qurbanovun təhsil aldığı məktəbin direktorudur.

 

İki şagirdinin dünyasını dəyişməsindən xeyli dərəcədə təəssüflənən Ulduz xanım onları çox müsbət xarakterizə edir:

 

“Fidan 9-cu, Şəhriyar isə 8-ci  sinifdə təhsil alırdı. Onlar əmioğlu və əmiqızı kimi məktəbimizin ən fəal şagirdlərindən idilər. Fidanın bir “4”-ü var idi, digər qiymətləri isə “5” idi. O, dərslərini yaxşı oxumaqla yanaşı, məktəbin ictimai işlərində də yaxından iştirak edirdi. Həmçinin, çox gözəl əl qabiliyyəti ilə də seçilirdi;  rəsm çəkməyə çox həvəsli idi. Məktəbimizin təşkil etdiyi tətbirlərdə Fidanın rəsm nümunələrindən istifadə edirdik. O, rəsm kursuna getməməsinə baxmayaq, istedadı ilə seçilirdi. Çox ağıllı qız idi və IV  qrupa hazırlaşırdı. Məqsədi həkim olaraq xalqa xidmət etmək idi.

 

Şəhriyar da çox yaxşı şagirdlərimizdən olub. O, da məktəbimizin təşkil etdiyi tədbirlərdə yaxından iştirak edirdi. Həmçinin, musiqiyə çox meyilli idi. O, Naftalan şəhərində qarmon üzrə musiqi məktəbində təhsil alırdı. Fidan və Şəhriyar kimi onların digər qohumları da çox savadlı olmaları ilə fərqləniblər.  Şəhriyarın da rəsm çəkməyə həvəsi var idi. O, ali incəsənət  məktəbi qarmon üzrə oxumağı hədəfləyirdi”.

 

Qeyd edək ki, ötən gündən başlayaraq Ermənistan tərəfi Azərbaycanın mülki əhalisini və infrastrukturunu məqsədyönlü şəkildə hədəfə almaqla beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə Konvensiyalarını kobudcasına pozur.

 

Bu gün tarix yazan və qürur mənbəyimiz olan əsgərlərimizə torpaqlarımızın işğaldan azad edilməsi yolunda uğurlar arzulayırıq!

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları