Abituriyentlərin nəzərinə çatdırırıq ki, ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq üçün ixtisas seçiminin müddəti 2 oktyabr saat 23:59-dək uzadılıb.
AzEdu.az-ın məlumatına görə, Mingəçevir Dövlət Universiteti 2020/2021-ci tədris ilində aşağıdakı ixtisaslar üzrə boş qalan plan yerlərinin siyahısını təqdim edir:
- Riyaziyyat müəllimliyi (əyani)- 35;
- Energetika mühəndisliyi (əyani)- 3;
- Sənaye mühəndisliyi (əyani)- 34;
- Dövlət və bələdiyyə idarəetməsi (əyani)- 7;
- Maliyyə (əyani)- 10;
- Marketinq (əyani)- 10;
- Menecment (əyani)- 20;
- Mühasibat (əyani)- 20.
Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 8-ci sayında dərc olunub.
Subbakalavrlar yalnız orta ixtisas təhsili səviyyəsində təhsil aldıqları tədris dilinə və bitirdikləri ixtisasa uyğun olan ixtisasları “Abituriyent” jurnalının 8-ci sayından seçə bilərlər.
kitabı