Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-23 14:47:00
Azərbaycanda Şeffild Universitetinin “Executive MBA” proqramı dərslərə noyabrda başlayacaq 

2018-ci ildən Azərbaycanda fəaliyyətə başlayan Dünya üzrə “TOP 100”-ə daxil olan İngiltərənin Şeffild Universitetin “İdarəçilik üzrə Magistratura Proqramı” bu il yeni tədris ilinə noyabr ayında start verəcək.

 

Bu barədə Universitetin Azərbaycandakı nümayəndəsi Hacıyeva Nigar məlumat verib.

 

Sənəd qəbulu isə 30 oktyabr 2020-ci ilədək davam edir.

 
 
 

Universitetin CİTY College beynəlxalq fakültəsi tərəfindən təşkil edilən “Executive MBA” proqramı özünün peşəkar və şəxsi bacarıqlarını təkmilləşdirmək istəyən müasir menecerlər üçün işlənib hazırlanmış innovativ beynəlxalq proqramdır.

 

İştirakçılar digər ölkələrdən, mədəniyyətlərdən və ixtisas sahələrindən gələn tələbələrlə birlikdə öz təcrübələrini genişləndirmək və bölüşmək imkanı qazanırlar. Hər il, Cənub-Şərqi və Şərqi Avropanın və artıq Azərbaycanın və MDB ölkələrinin öndə gedən, məşhur şirkətlərinin baş menecerləri proqrama qəbul edilirlər. Proqramın çatdırılma metodu (hər ayda bir dəfə üçgünlük həftəsonu) idarəçilərə çalışdıqları ölkədən ayrılmadan kurslarda iştirak etmək imkanını yaradır.     

 

EMBA proqramını müvəffəqiyyətlə bitirən və Şeffild Universitetinin magistratura dərəcəsini əldə edən tələbələr eyni zamanda əlavə kurslarda iştirak etmədən və imtahan vermədən “Chartered Management İnstitute”nun (CMI) yüksək nüfuza malik Strateji İdarəçilik və Liderlik üzrə Magistr Diplomunu əldə edə bilərlər.  

“Chartered Management İnstitute” Böyük Britaniya Krallığında menecment və liderlik üzrə yeganə diplomlu peşəkar institutdur.

Şeffild Universitetinin, City College beynəlxalq fakültəsinin “Executive MBA” proqramı MBA Assosiasiyası (AMBA), AACSB (Biznes Məktəblərinin Kollegial Təkmilləşdirmə Assosiasiya), və CMI tərəfindən akkreditasiya edilmişdir. Proqram həmçinin, Britaniya Akkreditasiya Şurası (BAC) və Milli Akademik Araşdırma İnformasiya Mərkəzi (UK NARIC) tərəfindən tanınmış və akkreditasiya edilib.

 

MBA Proqramı, həqiqətən də, özünəməxsus işgüzar əlaqələrin yaradılması üçün geniş imkan yaradan beynəlxalq proqramdır. 10-dan çox ölkədən və universitetlərdən gələn 50-dən çox mühazirəçilər özlərinin geniş akademik biliklərini, eləcə də, konsultasiya və idarəçilik təcrübələrini 25-dən çox müxtəlif ölkələrdən gələn tələbələrlə bölüşürlər.

 

Bütün bunlar beynəlxalq tədris həftələri, beynəlxalq tələbə qrupları və kurslara bir neçə ölkələrdə qatılmaq imkanının və seçiminin olması ilə həyata keçirilir. Proqram, eyni zamanda, Yunanıstanda (Saloniki), Bolqarıstanda (Sofiya), Rumıniyada (Buxarest), Serbiyada (Belqrad), Ukraynada (Kiyev) və Gürcüstanda (Tiflis) keçirilir.   

 

Proqramın müddəti iki ildir. Dərslər Bakıda, şəhərin mərkəzində yerləşən məhşur beşulduzlu hoteldə keçiriləcək. Təhsil müddətində tələbələr Yunanıstanın Saloniki şəhərində və İngiltərənin Şeffild şəhərində keçiriləcək iki tədris həftələrində iştirak edəcəklər. Proqrama müraciət edən ərizəçilər bakalavr dərəcəsinə və iş təcrübəsinə malik olmalı, eləcə də, ingilis dilini bilməlidirlər. 

 

Daha ətraflı məlumat üçün Şeffild Universitetinin, City College beynəlxalq fakültəsinin Azərbaycanda Ölkə üzrə Meneceri Nigar Hacıyeva ilə əlaqə saxlaya bilərsiniz:

[email protected]  və ya 055 909 37 88.