Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-15 13:16:00
 Övladlarını birinci sinfə yola salan tanınmış jurnalistlər - FOTOLAR

 15 sentyabr Azərbaycanda Bilik günü kimi qeyd olunur. Pandemiya şəraiti ilə bağlı kütləvi tədbirlər keçirilməsə də, ibtidai siniflər ənənəvi qaydada tədrisə cəlb olunub.

 

Bu gün bir çox media nümayəndələrinin övladları da birinci sinifə qədəm qoyublar.

 

AzEdu.az həmin şəxslərin övladlarını təqdim edir:

 

Jurnalist Ayaz Mirzəyevin oğlu bu il birinci sinifə gedən şagirdlərin arasında yer alıb;

 

 

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya Təminatı və İnnovativ Həllər şöbəsinin müdiri Mənsur Piriyevin qızı Aybikə də birinci sinifə gedənlər arasındadır;

 

 

 APA informasiya Agentliyinin əməkdaşı Günay Elşadqızı və hazırda Yaradıcılıq Fondunda çalışan jurnalist Fuad Cəfərlinin övladı Məryəm bu il birinci sinifə qədəm qoyacaq;

 

 

Azərbaycan televiziyasının aparıcısı Billurə Aslanqızı və İctimai Televiziyanın böyük redaktoru Ramil Ələkbərovun övladı Fatimə Ələkbər Nəsimi rayon 240 nömrəli tam orta məktəbin birinci sinifinə qədəm qoyub:

 

 

Azərbaycan müəllimi qəzetinin əməkdaşı Niyazi Şərifsoyun övladı bu il birinci sinifə .gedən şagirdlərin sırasındadır;

 

 

 

İctimai Televiziya və Teleradio Yayımları şirkətinin xəbər aparıcısı Jalə Həsənlinin oğlu Raul Həsənli birinci sinifə qədəm qoyan şagirdlər sırasındadır;

 

 

Xəzər televiziyasının aparıcısı Aytəkin Mərdənovanın qızı Nərgiz də bu il tədris həyataına başlayanlardandır;

 

 

 Jurnalist Yadigar Məmmədlinin nəvəsi Dəniz bu il birinci sinifə qədəm qoyacaq;

 

 

 

SalamNeWs  İnformasiya Agentliyinin əməkdaşı Orxan Kərimovun oğlu da bu il birinci sinifə gedəcək;

 

 

 

 Bütün birinci sinifə gedən şagirdlərə uğurlar arzulayırıq!

Şükufə Süleymanlı
Müəllifin digər yazıları