Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-14 10:27:00
UNEC İctimai Nəzarət Şurasının üzvlərinin ilk iclası kieçirildi

UNEC-in İctimai Nəzarət Şurasının üzvlərinin yeni tədris ilində ilk iclası keçirilib.

 

AzEdu.az-ın məlumatına görə, universitetin 3 saylı yeni tədris binasında keçirilən görüşdə rektor, professor Ədalət Muradov UNEC-də 2020/2021-ci tədris ilinə hazırlığın vəziyyəti, tətbiq olunacaq yeniliklər, yeni açılan ixtisaslar barədə şura üzvlərinə məlumat verib. Bildirilib ki, UNEC-də texniki və texnoloji ixtisaslar üzrə müasir çağırışlara cavab verən 9 yeni ixtisas, II qrupda isə “Beynəlxalq ticarət və logistika” ixtisası açılıb. Bu ildən UNEC-də ilk dəfə olaraq, III qrup üzrə “Sosial iş” ixtisasına da qəbulun aparıldığı qeyd edilib.

 

UNEC-də ilk dəfə olaraq həm ənənəvi, həm də distant tədrisin aparılacağı bildirilib. Hər iki tədris prosesinin keyfiyyətli təşkilinin təmin olunması üçün müvafiq infrastrukturun yaradıldığı diqqətə çatdırılıb.

 

Bildirilib ki, distant tədris sahəsində müəllimlərin bilik və bacarıqlarının artırılması məqsədilə müəllimlərə ABŞ-ın aparıcı univetsltetlərində fəaliyyət göstərən azərbaycanlı alimlərin iştirakı ilə 5 günlük sertifikatlı onlayn təlimlər keçirilib. Böyük maraqla qarşılanan təlimlərdə ölkənin bütün ali təhsil müəssisələrinin müəllimlərinin iştirak etdiyi vurğulanıb.

 

UNEC-də xarici dilin tədrisində də yeni yanaşmaların tətbiq olunacağı barədə şura üzvlərinə məlumat verilib. Xarici dilin distant tədrisinin təkmilləşdirilməsi məqsədilə ABŞ professorlarının iştirakı ilə xarici dili tədris edən müəllimlər üçün beynəlxalq konfransın təşkil olunduğu deyilib.

 

Sonra şura üzvləri UNEC-in yeni kampusu ilə tanış olublar. Bildirilib ki, kampusda 16 yeni laboratoriya yaradılıb ki, onlardan 3-ü BP şirkəti tərəfindən texniki avadanlıqlarla təchiz olunub. İkimərtəbəli kitabxanaya baxış zamanı 4 dildə 15 000-dək kitab fondunun, eləcə də 3 dildə 1 milyonadək elektron resursun tələbə və müəllimlərin istifadəsinə veriləcəyi bildirilib. Şura üzvləri auditoriyalar, konfrans zalları, müəllim və tələbələrin üçün nəzərdə tutulan müzakirə otaqları, imtahan, idman zalı və yeməkxana ilə tanış olublar. Bildirlib ki, universitetdə əlil tələbələrin rahat şəkildə təhsil ala bilməsi üçün inklüziv təhsil mühiti də yaradılıb.

 

UNEC-in yeni tədris ilinə hazırlıq səviyyəsini və yeni kampusda yaradılan şəraiti yüksək qiymətləndirən şura üzvləri bunun ölkə ali təhsili üçün böyük töhfə olduğunu diqqətə çatdırıblar.

 

Sonda millət vəkili Etibar Əliyev, professor Şahlar Əsgərov, Əliməmməd Nuriyev UNEC-in kitabxana fonduna kitablar hədiyyə ediblər.

 

Xatırladaq ki, UNEC-in İctimai Nəzarət Şurasında millət vəkilləri Hikmət Babaoğlu, Arzu Nağıyev, Etibar Əliyev, Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Şahlar Əsgərov, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, İnsan Haqları üzrə Birgə Qrupun üzvü Əliməmməd Nuriyev, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz, Parlament Jurnalistləri Birliyinin sədri, “Modern” Media Qrupunun baş direktoru Elşad Eyvazlı, Azərbaycan Təhsil Şurası İctimai Birliyinin sədri, professor Hikmət Əlizadə, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov, “Azad Müəllimlər” İctimai Birliyinin sədri Məlahət Mürşüdlü və “525-ci qəzet”in müxbiri Sevinc Qarayeva təmsil olunurlar.