Azedu.az

Tailandda 11 yaşlı uşaq qəza törətdi

Hadisə

2 İyul 2026, 17:04
Tailandda 11 yaşlı uşaq qəza törətdi

Tailandda 11 yaşlı uşaq avtomobillə ağır yol-nəqliyyat hadisəsi törədib.

AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Tailandın şimal-şərqində, Mukdahan bölgəsində baş tutub.

Valideynlərindən icazəsiz avtomobili götürən uşaq idarəetməni itirərək 34 nəfərdən ibarət rahib qrupuna çırpılıb.

Hadisə nəticəsində doqquz rahib həlak olub.

Onlardan beşi hadisə yerində, daha dördü isə aldıqları xəsarətlərdən Mukdahan xəstəxanasında həyatını itirib.

Qəza zamanı daha 13 nəfər isə yaralanıb.

 

Rusiyada soydaşlarımıza SİLAHLI BASQIN: Qandonduran GÖRÜNTÜLƏR
SORĞU
İxtisas seçimində ilk sıraya hansı universiteti yazmısınız?
Səs ver
Son xəbərlərDaha çox