https://www.zirve.edu.az/
12.09.2020 14:47
Beyin Haqqında Bilinməyən Faktlar | Maraqlı Məlumatlar

Beyin mərkəzi sinir sistemini idarə edən orqandır. O bizim düşüncə, qavrama və məntiqli yaşam tərzimizin təminatçısıdır. Bunun üçünsə beynimizi daim inkişaf etdirməliyik.
Dünyanın ən ağıllı canlısı olsaq da, beynimiz haqqında çox az bilgilərə sahibik. Ancaq bir neçə dəqiq fakt mövcuddur. AzEdu.az faktlardan bir neçəsini nəzərinizə çatdırır.
İnsan beyni heç bir kompüterlə müqayisə olunmayacaq dərəcədə mürəkkəb sistemə sahibdir.
Beynimiz ağrı hiss etmir. Bunun səbəbi beynimizdə ağrı qəbul edici resoptorların olmamasıdır. Buna görə də, cərrahlar beyin əməliyyatlarını xəstə oyaq halda, keyidici dərmanlar vurmadan həyata keçirirlər.
Beynimizin 1 terabit informasiyanı saxlamaq bacarığı var. Və bu Bratinnika ensklopediyasından 5 dəfə böyükdür.
Bu günədək heç düşündünüzmü ki,çəkiclə baş barmağa zərbə dəydikdə niyə beynimiz belə tez reaksiya verir? Bunların hamısı sinir impluslarının sürəti nəticəsində baş verir. Bu implusların sürəti idman avtomobillərinin sürəti ilə müqayisə edilir.
Beyin damarlarımızın uzunluğu 160 000 km-dir.
Yuxuda olduğumuz zaman beyimiz daha aktiv olur. Çünki beynimiz gün ərzində əldə etdiyi informasiyanı biz yatarkən yaddaşda nizamlayır. Bu səbəbdən də yuxusuz qaldıq da insan beyninin fəaliyyəti zəifləyir və öyrəndiklərimizi daha tez unuduruq.
Orta hesabla kişi beyni qadın beynindən 10% daha böyükdür. Ancaq qadın beyni daha çox sinir hüceyrəsi və neyron bağlantısı olduğuna görə daha çox informasiya yadda saxlaya bilir.
Qadınlarda həssaslığa meyilli olan sağ beyin, kişilərdə isə məntiq və dəqiqliyə cavabdeh olan sol beyinin aktivliyi nəzərə çarpır.
Beyin ölçüsünün fərqi varmı? Araşdırmalar nəticəsində bəlli olmuşdu ki,insan beyni 1400qram olduğu halda Albert Enştynin beyni 1230 qram olub.

Beyində sağ və sol yarımkürələr fəaliyyət göstərir. Sol yarım kürə danışıq,riyazi hesablamalar,rəqəmlər,saylar və analiz etmə kimi məsələlərin icrasını həyata keçirir. Sağ yarım kürə isə ritm, xəyal qurma,rənglər, ölçü və qavrama proseslərinə fokuslanıb. İnsan beyninin sol yarım kürəsini sağ,sağ yarım kürəsini isə sol yarım kürəsini idarə edir. Hətta beynin bir yarım kürəsi olmadan da insan yaşaya bilər.
İnsan beyni ən yüksək inkişaf dövrünü 2-11 yaşları arasında yaşayır.
Beyin günortadan fərqli olaraq gecələr daha aktiv çalışır.İnsan beyni 100 milyondan çox neytrondan ibarətdir. Mobil telefonla uzun müddətli danışıqlar xərçəng yaratma təhlükəsini daha da artırır. Yüksək miqdarda şəkər qəbulu beynin inkişafına əngəl olur.
İnsan beynindən gün ərzində 70 000-dən çox fikir keçir. Araşdırmalara görə insan beyni bədəndən daha gec oyanır.
Gözlərimiz əslində mənzərəni əksinə görür. Beyin onu translyasiya ilə çevirdikdən sonra biz onu olduğu kimi qəbul edirik. İnsan beyninin inkişaf prosesi 50 yaşadək davam edir. Alimlərə görə insan beyni 25 yaşında yetkinlik qazanır. Ancaq qanunlar bu rəqəmin 18 olduğunu göstərir.
Beyinə daxil olan və çıxan sinir impluslarının sürəti saatda 274km-ə bərabərdir. Beyin digər orqanlardan daha intensiv nəfəs alır. Beynin ölçüsü bədənin cəmi 2%-ni təşkil etsə də,bütün digər orqanlardan fərqli olaraq 20% oksigen tələb edir. Bu da onun oksigen çatışmazlığından yaranan zədələrər qarşı güclü olmasını təmin edir. Buna görə də, dərindən nəfəs alır və hüceyrələri bərpa olur.(Bilgisel)