Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-10 15:36:00
"Bu qrup üzrə  ixtisas seçimi edən hər abituriyent  qəbul olunacaq, bir şərtlə..."- Məleykə Abbaszadə 

 

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri  Məleykə Abbaszadə “Facebook”da canlı yayım  vasitəsilə valideyn və abituriyentlərin suallarını cavablandırır. 

 

AzEdu.az xəbər verir ki, DİM sədri canlı yayım zamanı II ixtisas qrupu üzrə imtahan verən abituriyentlərə sevindirici xəbər verib:

 

"Bu il II qrup müsabiqə şəraitinə görə ən rahat qrupdur.  II qrup üzrə müsabiqəyə buraxılan bakalavr və subbakalavrlar düzgün seçim eləsələr, hamısı qəbul olunacaq: Çünki müraciətlərin sayı plan yerləri ilə demək olar ki, eynidir. 

 

Namizədlərin sayı plan yerlərinin sayından azdır. Seçimi düzgün etsələr, hər biri qəbul olacaqlar. 280-dən yuxarı bal toplayan abituriyentin dövlət sifarişli yerlərə qəbulu mümkün olacaq. Abituriyent-12 jurnalındakı cədvəllərə  xüsusi diqqət etmək lazımdır.

 

M. Abbaszadə həmçinin DİM-in təşkil etdiyi məsləhət mərkəzlərinə müraciətin əhəmiyyətini də vurğuladı:

 

“Keçən ilin ən məşhur seçilən ixtisası MALİYYƏ olub. Bütün ixtisasların hansı universitetlərdə tədris olunduğunu bilmək üçün jurnala diqqət yetirilməlidir. Seçimi özünüz edin. DİM-in regionlarda və Bakıda 6 məsləhət mərkəzi yaradılıb. İxtisas seçimi ilə bağlı xüsusi təlimlərdən keçən şəxslər orada sizə düzgün məsləhət verəcəklər”.

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları