Gürcüstanın Acarıstan Muxtar Respublikasının paytaxtı Batumi şəhəri və Kobuleti qəsəbəsində dərslər oktyabrın 1-dək distant formatda keçiriləcək.
AzEdu.az xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri Giorgi Qaxaria keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, bölgədə son günlər koronavirusun geniş yayılması səbəbindən sentyabrın 15-dən oktyabrın 1-dək dərslər siniflərdə keçirilməyəcək.
Qeyd edək ki, qonşu ölkədə yeni dərs ili sentyabrın 15-də bərpa olunacaq. (report)