Azedu.az

"AstraZeneca" peyvənd sınaqlarının üçüncü mərhələsinə başlayır

Maraqlı

Elmi institut və təşkilatlar

2 Sentyabr 2020, 11:49

Oksford Universiteti ilə birgə koronavirusa qarşı peyvənd üzərində işləyən "AstraZeneca" şirkəti ABŞ-da sınaqların 3-cü mərhələsinə başlayacağını açıqlayıb. Peyvəndin yoxlanılması üçün son mərhələdə sınaqlara 30 min insanın qatılacağı bildirilib.

 

AzEdu.az xəbər verir ki, koronavirusa qarşı potensial namizədlər arasında olan "AstraZeneca" vaksininin 2021-ci ilin yayına qədər 2 milyard doza istehsal edilə biləcəyi qeyd olunur.

 

Peyvəndin hazırlanması üzrə İşçi qrupun rəhbəri professor SaraH Gilbert vaksin ilə yaranan immunitetin nə qədər vaxt davam edəcəyinin bilinmədiyini deyib.

 

Bununla yanaşı, İngiltərədə aparılan digər sınaqların üçüncü mərhələsinin nəticələrinin oktyabr ayında açıqlanması planlaşdırılır.

SON DƏQİQƏ! Rusiyada dəhşətli atışma - Yaralılar var
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox